Kəngiz (Büt.ş.) – kol bitkidir, oduncağından yanacaq kimi istifadə olunur.
Kərməşov (Büt.ş.) – kolun bir növü. Bu söz Qazax rayonunun Birinci Şıxlı, Daş Salahlı, Tovuz rayonunun Yanıqlı, Borçalının Sabirkənd şivələrində gərməşöy şəklində eyni mənada işlədilir [22, s.225].
Alo gülü (Büt.ş.) – aloye, rəsmi adı: əzvay. Ev şəraitində dibçəkdə becərilir. Təzə dərilmiş yarpağını yaraların üstünə qoyurlar. Aloye yarpaqlarından çıxarılan şirəni bal və kaqor çaxırı ilə qarışdırıb qıcqıranadək gözləyirlər. Sonra mədə xəstəliklərində müalicəvi vasitə kimi istifadə edilir.
Aəvəliyi (Büt.ş.) – sucux yerdə bitir, aşağı hissəsində enli iri, yuxarı hissəsində isə kiçik yarpaqları olan bitkidir. Kökləri və toxumları dəmlənib ishala qarşı işlədilir.