Möhrə (Büt.ş.) – divar tikmək üçün hazırlanan palçıq. Palçıq divar, palçıq bina mənasında da işlədilir. Göyçay şivələrində də eyni mənanı verir [96, s.23].
Pərdi (Büt.ş.) – tavan.
Puşqax (Büt.ş.) – evin bucağı, küncü.
Səki (Büt.ş.) – binanın qarşısında xüsusi düzəldilən, üzərinə beton tökülən, yaxud daş düzülən gediş-gəliş, dincəlmək üçün nəzərdə tutulan sahə.
Tir // ağaş (Əks.ş.) // atma (C.) – binanın üstünə atılan dirək.
Him (Büt.ş.) – binanın özülü.
Çilix (C., P., Buz. ) – binanın üstünə döşənən taxta.
Ev avadanlıqlarının adları Yasdığ, balış, döşəx, yorğan, döşəxcə, yorğança, mələfə (döşəkağı), dəsdərxan (xırda çörək süfrəsi), sıfra (xamır süfrəsi), istəkan dəsmalı kimi ev avadanlıqları bütün şivələrdə müştərək şəkildə işlədilir.