Mübariz süleymanli



Yüklə 3,26 Mb.
səhifə71/91
tarix01.01.2022
ölçüsü3,26 Mb.
#104508
1   ...   67   68   69   70   71   72   73   74   ...   91
Xödəxgarvan (C.), Xödəkkarvan (Büt.ş.) – beşul­duz bir yerdə.

Karvanqıran (Büt.ş.) – Zöhrə ulduzu. Karvanqıran şəklində Qazax, Tovuz rayonlarında da eyni məna ifadə edilir [20, s.252].

Dan ulduzu (Büt.ş.).

Leyli və Məcnun ulduzu (C.) – iki ulduzdur, ildə bir dəfə qoşalaşırlar.

Məkkə yolu (C.) // karvan yolu (Büt.ş.) – ulduzlar topası. Qazax dialektində karvan yolu adlanır [20, s.252].
BARAMAÇILIĞA AİD SÖZ VƏ TERMİNLƏR
Qarışqa (Büt.ş.) – toxumdan təzə əmələ gələn qurd.

Qarışqa yuxusu (Nəza., D., Au., Yu.) – barama qur­dunun birinci yuxusu.

Şümşürüt yuxusu (Nəza., D., Au., Yu.) // dü yu­xu­su (Q., N., Ç., Güz.) – barama qurdunun ikinci yuxusu.

Kiçix xırıt (Büt.ş.) – barama qurdunun üçüncü yuxusu.

Böyük xırıt (Büt.ş.) – barama qurdunun dördüncü yuxusu.

Qəm yuxusu (Nəza., D., Au., Yu.) – barama qurdu­nun sarığa başlamazdan əvvəl 1-2 saatlıq yuxusu.

Şaxagetmə (N., D., Ay., Yu.) // sarığagetmə (Əks.ş.) – eyni mənada Ağcabədi rayonu şivələrində də işlədilir [61, s.48].

Doğrama (Nəza., D., Au., Yu.) – qarışqaya verilən xırda-xırda doğranmış tut yarpağı.

Ləçəx (Nəza., D., Au., Yu.) – üç gündən sonra ba­ra­ma qurduna verilən tut yarpaqlarının doğranmış lə­çəkləri.

Yarımçubux (Nəza., D., Au., Yu) – səkkiz gündən son­ra barama qurduna verilən kiçik doğranmış tut çubuqları.

Şax (Büt.ş.) – danaqıran və ya eşşək turpu ko­lun­dan olur.

Şaxlama (Büt.ş.) – barama sarınmaq üçün qoyulan kol. Şaxlamax şəklində Ağcabədi [61, s.48] rayonu və Göy­çay [96, s.19] şivələrində eyni mənada işlənir.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin