Mücərrəd sxem və stereotiplər ilə bir araya sığmır. Təsadüfi deyildir ki, onu "dövrün mənəvi cövhəri"



Yüklə 13,11 Kb.
tarix15.01.2023
ölçüsü13,11 Kb.
#122262
növüMücərrəd
felsefe kopyası sayt


Fəlsəfə sözün həqiqi mənasında həyat deməkdir. Buna görə də əsl fəlsə­ fi düşüncə mücərrəd sxem və stereotiplər ilə bir araya sığmır. Təsadüfi deyildir ki, onu "dövrün mənəvi cövhəri", "dövrün özünü dərki" adlandırırlar. Böyük al­ man filosofu Hegel göstərirdi ki, fəlsəfə fikirlərdə mənimsənilən dövrdür".'
İlk nəzərdə belə görünə bilər ki, həyatı öyrənmək üçün bu və ya digər, konkret peşə və ixtisas üzrə biliklər, gündəlik təcrübə kifayətdir. Əslində isə dünyanın sirləri son dərəcə mürəkkəb və əsrarəngizdir. Həyat son dərəcədə mü­ rəkkəb, burada gedən proseslər isə çox ziddiyyətli və rəngarəngdir. Onları an­ lamaq üçün inkişafın meylləri və perspektivlərini düzgün müəyyənləşdirə bilmək üçün geniş erudisiyaya, həqiqi fəlsəfi biliklərə malik olmaq zəruridir. Buradan aydın olur ki, insanın praktiki fəaliyyəti və mədəni həyatının əsasında duran dünyagörüşü problemlərinin izahında fəlsəfənin rolu misilsizdir.
Beləliklə «Fəlsəfəni öyrənməyin əhəmiyyəti nədir və o insana nə verir?» sualına aşağıdakı konkret cavabları vermək olar:
1. Fəlsəfə insanın malik olduğu biliklər sisteminin, dünyanın elmi mən­ zərəsinin nəzəri bünövrəsidir. O, həm də cəmiyyətdə normal mənəvi mühitin, insanın mənəvi dünyasının formalaşmasına kömək edir, mühüm tərbiyəvi əhəmiyyətə malikdir.
2. Fəlsəfənin əsaslarına yiyələnmiş adam istənilən elm sahəsində uğurlu fəaliyyət göstərə bilir.
3. Fəlsəfə digər elmlərin optimal inkişafına kömək edir, onlarda baş verən metodoloji çətinlikləri aradan qaldırır.
4. Fəlsəfə insanı idrak nəzəriyyəsi ilə silahlandırır, yəni gerçəkliyi mə­ nəvi mənimsəməyin yollarını və vasitələrini müəyyənləşdirir.
5. Fəlsəfəni bilən adamda düzgün məntiqi təfəkkür formalaşır, o, həyatı tənqidi və yaradıcı surətdə öyrənir.
İlkin fəlsəfi təlimlərdə təbiətin, dünyanın yaranması və quruluşu haqqında təsəvvürlər əsas yeri tuturdu. Yəni təbiət fəlsəfəsi, naturfəlsəfə hökmran möv­ qeyə malik idi. Sonralar zaman keçdikcə ictimai həyat, siyasi quruluş və hüquqi qaydalarla əlaqədar məsələlər də fəlsəfənin obyektinə daxil edilməyə başladı. Tezliklə insan, onun təbiəti, zəka və hissləri, idrakı, din və incəsənət də fəlsəfi düşüncələrin əhatə dairəsinə cəlb olundu. Beləliklə təbiət, ictimai həyat, bü­ tövlükdə dünya ilə insan arasındakı mürəkkəb qarşılıqlı münasibətlərin təhlili fəlsəfənin əbədi mövzularına çevrildi.
Yüklə 13,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin