5 . Qədim Roma fəlsəfəsi Roma fəlsəfəsi ellinizm dövrü fəlsəfəsindən ayrılmışdır. Bu fəlsəfənin əsasını o filosoflar qoymuşdular ki, vaxtilə onların Romaya xüsusi bağlılığı olmuşdur. E.ə. II—I əsrlərdə təşəkkül tapmış Roma fəlsəfəsi yunan fəlsəfəsinin başa çatdığı məqamdan — eklektizmdən başlanmışdır. Həmin fəlsəfə ellinist fəlsəfi təfəkkürünün həlledici təsiri altında formalaşmışdır. Ona görə də Roma fəlsəfəsi yunan fəlsəfəsinə nisbətən ikinci olsa da, onu hətta ellinist fəlsəfə də adlandırırdılar.
Bu, təsadüfi deyildir. Roma ellinist dövləti olduğu zaman Yunanıstan tərəfindən mənəvi cəhətdən təqib edilmiş, fəlsəfə ellinizm çərçivəsindən kənara çıxa bilməmişdi. Romada yunan fəlsəfəsinin hökmranlığı üçün zəruri şərait mövcud idi. Burada çoxlu yunan vətəndaşı, o cümlədən yunan filosofları yaşayırdılar. Yunan dilinə hörmətlə yanaşılırdı. O dili bilənlər mədəni və savadlı adamlar hesab edilirdilər.Ona görə də xeyli romalı çox vaxt yunan dilində danışır, həmin dildə də yazırdılar. Romada fəlsəfə təşəkkül tapmamışdan əvvəl hər yerdə dini-mifoloji dünyagörüşü hökmranlıq edirdi. Mövhumatçı romalmm təsəvvüründə hər bir əşyanın və hər bir hadisənin özünəoxşar ruhu və öz tanrısı vardı. Romada hər şey müxtəlif və çoxsaylı tanrıların ixtiyarında idi.
Ellinist Yunanıstanda formalaşan üç fəlsəfi cərəyan — stoisizm, epikürçülük və skeptisizm e.ə. I əsrdə Romada özlərinin sonrakı inkişaf mərhələlərinə qədəm qoydular.Roma stoisizminin (yeni stoya) ən görkəmli nümayəndələrindən Seneka, Epiktet və Avrelinin adlarını çəkmək olar.
SENEKA e.ə. I əsrin sonunda Cənubi İspaniyadakı Kordova şəhərində anadan olmuş və 70 il ömür sürmüşdür. Seneka tez-tez “Qoy sözlərimiz məmnunluq yox, səmərə versin” şüarı ilə çıxış edirdi. Nitqlərinin məzmununa xələl gətinnəməklə sözün gözəlliyinə can atırdı. Əlbəttə, onlar da son dərəcə maraqlı idi. Bəzi məsələlərdə indi də aktuallığını itirməmiş, həyati hikmətlərin özünəməxsus xəzinəsinə çevrilmişlər. Seneka fəlsəfəsinin predmeti təbiət, əxlaq (mənəviyyat) və əql olmuşdur. Təbiətə dair baxışlarında Seneka, əsasən, özündən əvvəlki stoya təliminə əsaslanmışdır. Onun baxışları özünü materiya və idrakın forması haqqındakı təlimində daha çox büruzə vermişdir. Seneka əqli (idrakı) materiyaya forma verən (onu izah edən) fəal prinsip sayırdı. O deyirdi ki, materiya əql vasitəsilə dərk olunursa, onun birinciliyi birmənalı şəkildə təsdiqlənir.
EPİKTET (təxminən eramızın 50—135-ci illəri arasmda yaşamışdır) Frigiyadakı ticarət şəhəri indiki Svyatoqradda dünyaya gəlmişdir. Epiktet ad deyildir, o, qulun ləqəbidir, (“Epiktos” sözündən yaranıb, mənası “pulla alınan” deməkdir). Epiktet təlimi onun şagirdi Arrianm qeydlərində şərh olunmuşdur. Həmin qeydlər 8 kitabdan ibarət olan “Epiktetin mühakimələri” (4 kitab qalıb) adlanır. Arrian 12 kitabdan ibarət “Epiktetin dostyana söhbətlərf’ndə də (onlardan yalnız fraqmentlər qalıb) Epiktet haqqında ətraflı məlumat verir. Epiktetin fəlsəfəsi Roma quldarlıq cəmiyyətinin məzlum siniflərinin passiv mənəvi etirazını ifadə edirdi. Burada etik problematika, bədə, xoşbəxtliyə nail olmaq yollan göstərilirdi. Stoisizm ruhunda çıxış edən Epiktet ali məqsədi düşüncə və istəklərin təbiətə, Kainata, ilahi qanunlara uyğun gəlməsi kimi başa düşürdü. Onun fikrincə ali məqsəd — ilahi qanuna şüurlu şəkildə tabe olmaqdır. Çünki insan təbiətin bir hissəsidir. Tanrıya tabe olan əql isə insanı Allaha qovuşdurmalıdır. Epiktetə görə həqiqi azadlıq da elə belə bir məntiqi zərurətə riayət edilməsidir.
AVRELİ (121—180) erkən Roma imperiyasının (160—180) antik stoisizminin üçüncü görkəmli nümayəndəsi idi. Yunan dilində yazdığı “Özümlə təklikdə” adlı fəlsəfi düşüncələrində erkən stoisizmin fatalist etikasını, ruhun azadlığı nəzəriyyəsi istiqamətində yenidən işləyib hazırlamışdı. Avreli həm də daha sonrakı dövrlərə aid olan və stoik əxlaqa platonçuluq elementlərini daxil edən Posidoni stoisizminin təsirinə məruz qalmışdı. Avreli candan kənar və üzvi aləmin hərəkətverici prinsipi kimi qəbul olunmuş ağıl haqqında təlimi daha da inkişaf etdirmişdi. Avrelinin fikrincə, insan öləndən sonra onun ağlı ümumi ilahi ağlın içində həll olur.
Əxlaq sahəsində Avreli ruhun ilahi ağılla (şüurla) vəhdətə əsaslanan daxili dincliyinin — daxili kamillik idealının qorunub saxlanmasını təbliğ edir və dünyada olanların hamısını məqsədəuyğun sayırdı. Avrelinin dünyagörüşünə xas olan fatalism, pessimizm, asketizm Roma imperiyasının, onunla bərabər isə bütün bütpərəstliyin yaxınlaşmaqda olan böhranının ifadəsi idi.
Nəticə Nəticədə bunu qeyd etmək istəyərdim ki, bu mövzunu araşdırarkən bir çox məlumatlar əldə etdim. Antik fəlsəfə Qədim Yunanıstan və Roma mədəniyyətinin,dininin,elminin inkişaf xüsusiyyətlərinin özündə birləşdirən fəlsəfi ideyalar məktəbidir. Fəlsəfə dedikdə insanın ağlına gələcək ilk region və məkan Yunanıstan hesab olunur. Bildiyimiz kimi Yunanıstan tarixdə mədəniyyətin, sivilizasiyanın ilk yarandığı, beşiyi hesab olunur. Məhz fəlsəfənin də yarandığı ilk region Qədim Şərq olsa da, kulminasiya nöqtəsi Yunanıstan hesab olunur.
Qədim Yunan fəlsəfəsi bizim eradan əvvəl VI əsrin birinci yarısında Elladanın Kiçik Asiya hissəsində, İoniyada – Milet şəhərində yaranmışdır. Bu səbəbdən ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur.
Yunanıstanda fəlsəfi ideyaların daşıyıcısı onu yayan ilk öncə Yunan məktəbləri hesab olunur. Bu məktəblərə missal olaraq mətndə qeyd etdiyim kimi bu məktəblər hesab olunur:
Milet məktəbi
Elea məktəbi
Pifaqorçular məktəbi
Sofistlər məktəbi
Qədim yunan atomçular
Sokratçı məktəbləri
Platon
Roma Yunanıstan və digər dövlətlərdə çoxsaylı, qanlı müharibələr nəticəsində bütün Aralıq dənizi hövzəsinə sahib olmuşdur. Çox təəccüblüdür ki, Yunanıstan Roma ilə müharibədə məğlubiyyətlərə düçar olduqca, yunan mədəniyyətinin təsiri daha da artırdı. Roma ilə mübarizədə maddi cəhətdən məğlub olan Yunanıstan ona mənəvi baxımdan qalib gəlirdi. Yunan elminin təsiri ilə Romada mədəniyyət, elm və incəsənət sahələrində ciddi müsbət dəyişikliklər baş verirdi.