MüƏLLİF: ayətullah əHMƏd ehtimam


On dördüncü fəsil: Tövbə2



Yüklə 3,2 Mb.
səhifə13/15
tarix22.10.2017
ölçüsü3,2 Mb.
#9302
1   ...   7   8   9   10   11   12   13   14   15

On dördüncü fəsil: Tövbə2

Tövbə – ərəb kəlməsi olub “günahları tərk edib Allaha doğru qayıtmaq” mənasını verir. Başqa sözlə, insan ruhundakı dərin dəyişikliyə həqiqi tövbə deyilir. Belə ki, insan etdiyi xətanı anlayıb onu islah etdikdə vücudunun dərinliklərində dəyişiklik yaranmağa başlayır və o, etdiyi günahlardan peşiman olub Allaha tərəf qayıdır. Bu kəlmə Quranda 87 dəfə zikr olunmuşdur.

Cəmiyyət arasında tövbəyə aid üç yanlış fikri yada salmaq istərdik:


  1. Tövbəni təxirə salmaq

Bəziləri “hələ cavanam, qocalanda tövbə edərəm”-deyə özlərini aldadır və gələcəkdən xəbər verirlər. Görəsən, onların neçə il, hətta neçə saniyə belə ömür sürəcəklərindən xəbəri varmı? Belələri bilməlidir ki, son nəfəsdə edilən tövbə qəbul deyil.

Quran buyurur: « İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon ordusu onları zülm düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: “İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim mən təslim olanlardanam.” (Ona deyildi): “İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin fəsad törədənlərdən idin.” Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.»1



  1. Allahın rəhmətindən ümidini üzmək

Başqa bir qrup Allahdan naümid olur və deyirlər: “Mənim o qədər günahım var ki, bağışlanmağıma inanmağım gəlmir.” Onlardan soruşuruq: “Allahın rəhməti çoxdur, yoxsa, sənin günahların?”

Belələri çox təhlükəli bir vəziyyətdədir və nə qədər gec deyil, necə deyərlər, “tövbə qapısı açıqdır.”

Bu barədə Quran buyurur: «...Allahın qurtuluş mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz1

Bir sözlə insan Allahın rəhmətindən naümid olmamalı, Allahın rəhmətinə ümid bəsləməli və etdiyi günahlardan peşman olub tövbə etməlidir.

Qurani-Kərim bu barədə belə buyurur: «Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayan rəhm edəndir2


  1. Allahın qəzəbindən arxayın olmaq

Bəziləri isə ömür boyu günah edərək Allah öz bəndəsinə zülm etməz, O, Mehribandır günahlarımızı bağışlayacaqdır”- deyə, özlərinə ürək-dirək verməklə hətta Allaha belə töhmət vurub Onun adından danışırlar. Görəsən, belələri Allah-təala ilə nə vaxt şərt (Allaha pənah aparırıq) kəsiblər?!

Allah günahkarı məhz peşman olduğu, xəcalət çəkdiyi üçün bağışlayır. Amma bəziləri Allahın bu rəhmət və mehribanlığı müqabilində günahını elə bir həddə çatdırır ki, tövbə və istiğfar ləyaqətini itirir. Belələri bir yolluq unudur ki, tövbə edib bağışlanma diləməlidir. Belə şəxslər haqqında Quran buyurur: «Belə isə, məgər Allahın qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir.»3

Yaxud: «Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.»1

Bir çoxları tövbəni öz istədiyi kimi anlatmaq istəyir. Məsələn, şəraba yaxud qumara qurşanmış bir nəfər bunlardan əl çəkərsə, elə güman edir ki, tövbə edib. Lakin əslində o, tövbə yox, bunları tərgitmişdir. Həqiqi tövbənin nə və necə olduğunu bizə Quran və hədislər başa salır. “Təhrim” surəsində buyurulur: «Ey iman gətirənlər, Allaha tərəf qayıdıb xalis və həqiqi tövbə edin.»2

İmam Əli (ələyhissəlam) buyurur: Xalis və həqiqi tövbənin altı şərti vardır. Əgər bu şərtlər yerinə yetirilməsə, deməli, həqiqi tövbə etməmisən.

1. Keçmişdə etdiyin günahlara görə doğrudan da peşiman olasan.

2. Bir daha günah etməmək qərarına gələsən.

3. Allahın haqqını ödəyəsən. Yəni keçmişdə tərk etdiyin vacib əməllərin (namaz, oruc, xüms və s.) qəzasını yerinə yetirəsən.

4. Xalqın (camaatın) haqqını ödəyəsən. Yəni oğurluq, böhtan və s. günahlara yol vermisənsə, gərək sahiblərini tapıb halallıq alasan, razılıqlarını əldə edəsən.

5. Günahın ləzzət və şirinliyini dadmısansa, ibadət və itaətin də çətinliyinə dözməlisən.

6. Etdiyin günahların dərdindən qəm-qüssəyə batıb, haramla əmələ gələn əti ibadət vasitəsilə bədənində əritməlisən, belə ki, dəri sümüyə yapışıb halaldan təzə ət əmələ gəlsin.”3


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin