MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Mən nə üçün oruc tutmalıyam?



Yüklə 3,2 Mb.
səhifə8/15
tarix22.10.2017
ölçüsü3,2 Mb.
#9302
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

Mən nə üçün oruc tutmalıyam?

1-Çünki, bu – mənim Yaradanımın mənə buyuruğudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.

2-Çünki, bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.

3-Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədənimin həzm prosesindən tam dincəlməsi orqanizmin tam bərpasına xidmət edir.

4-Çünki, oruc mənim vücudumu və iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.

5-Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram. O kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.

6-Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.

7-Çünki, oruc məni başlıca məqsədimə-Allaha və kamil insan olmaq məqamına yaxınlaşdırır.



Oruc tutmaq barədə yanlış fikirlər

1-Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz. Həqiqət: Olar, sadəcə başı bütünlüklə suyun altına salmaq olmaz.

2-Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz. Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur və ağız suyunu uda bilər.

3-Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz. Həqiqət: Olar, sadəcə diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

4- Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. Həqiqət: Mübarək ayda toy etmək olar və bununla bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi toy və yaxud məclislərdə haram əməllərin olmamasıdır.

5- Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz. Həqiqət: Bunlar - iki müxtəlif vacib əməllərdir, lakin onlardan birinin yerinə yetirilməsi, digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

6- Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil. Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək lazımdır.

7- Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz. Həqiqət: Bilər. Məhdudiyyət, yalnız qidanı əvəz edən iynələrə, məs: qlükozaya aiddir.



3-Xüms1: Bu kəlmə “beşdə bir” mənasını verir. Yəni, insanın müxtəlif yollarla əldə etdiyi qazancın ilin ehtiyaclarından artıq qalan hissəsinin beşdə birini müəyyənləşmiş ünvanlara ayırması nəzərdə tutulur.

Xüms – İslam dinində mühüm maliyyə vacibatlarından sayılır. Quran xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir: «Bilin ki, (kafirlərlə döyüşdən ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya mallardan əldə etsəniz, qənimətin xümsü (beşdə biri) Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun (İmamların), yetimlərin, yoxsulların yolda (İslam müsəlmanlar üçün lazım olan hər bir dini dünyəvi hədəf yolunda) qalanlarındır. Əgər Allaha (haqqın batildən) ayrılıq günü - o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, (xümsü ödəyin). Allah hər şeyə qadirdir2

Ayədən göründüyü kimi xümsün vacib olması və onun ümumi istifadə yerləri aydın şəkildə bəyan olunmuşdur.

İslam dinində Həzrət Peyğəmbərin (sal­ləllahu ələyhi və əlihi və səlləm) dövründən başlayaraq məhrumlara, ehtiyaclılara, kimsəsizlərə, xəstələrə və əlillərə xüsusi diqqət göstərilmişdir.

Cəmiyyətdə yoxsulların mövcudluğunun əsas səbəblərindən biri varlıların dini haqları ödəməməsidir. Əgər varlılar Allahın təyin etdiyi haqları ödəsələr, əlbətdə ki, cəmiyyətdə yoxsul qalmaz...

Həzrət Əli (ələyhissəlam) buyurur: “Yalnız varlı əlinə yığdığından yoxsul ac qaldı.”1)N$O@O#$R%F^N&O(T*E! 187)N$O@O#$R%E^F&N(O*T! 187

İslam dininin əsas məqsədlərindən biri sosial təbəqələr arasındakı ədalətsiz fərqləri aradan qaldırmaqdır. Bu məqsədə çatmaq üçün İslam dininin xüsusi və geniş proqramları var. Bu proqramlara əməl edilərsə, xoşbəxt bir cəmiyyət qurular. Ədalətsizlik, insafsızlıq, bahaçıllıq, əskik satmaq, xalqın malının qəsb edilməsi, oğurluq, israf, saxtakarlıq, qatqıçılıq, fırıldaqçılıq, rüşvətxorluq, sələmçilik kimi işlərdən uzaq olmaq, eyni zamanda xüms və zəkat kimi haqları ödəmək, fitriyyə, kəffarə, nəfəqə kimi haqları sahibinə çatdırmaq İslam dinində nəzərdə tutulmuş proqramların tərkib hissəsidir. Cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasında sədəqələrin, qərzül-həsənə (xeyir gözləmədən verilən gözəl borc) banklarının, ümumi vəqflərin böyük əhəmiyyəti var.

İslam proqramlarında cəhd göstərilir ki, insanlarda iman, qardaşlıq, insaniyyət, ədalətpərvərlik ruhu tərbiyə olunsun. Müsəlman qonşusu ac ikən özü tox yatmaqdan utanmalıdır.


Fəzldən, ehsandan uzaq olan kəs,

Kor kimi yoxsula göstərməz həvəs.

Dünyanı qazanmaq sayılmaz hünər,

Çalış ki, qəlblərə çalasan zəfər.



Xümsün xərclənməsi
Xüms iki bərabər hissəyə bölünür:

a) İmamın səhmi (payı): Hazırkı dövrdə vacib ehtiyata əsasən həmin səhm zəruri şərtlərə malik müctəhidə2 təqdim olunmalı, ya da onun icazəsi ilə İslamın güclənməsi yolunda sərf edilməlidir.

b) Seyidlərin səhmi: Bu hissə yoxsul, yolda qalmış seyyidlərə xərclənir. Bu hissənin xərclənməsi üçün yaxşı olar ki, müctəhiddən icazə alınsın.
Nələrə xüms düşür?
Yeddi şey üçün xüms vermək vacibdir. Yəni qeyd edilənlərin beşdə biri xüms kimi ödənməlidir.

1. Ticarət gəliri: İnsan əkinçilik, sənətkarlıq, ticarət və digər iqtisadi yollarla sərvət əldə edərsə və bu sərvət ilin ehtiyaclarından artıq qalarsa, onun beşdə biri xüms ödənir;

2. Mədən: Mədən xalqın malı sayılır. Vacib ehtiyata əsasən İmamın (ələyhissəlam) qeybi dövründə mədən hasilatı üçün şəri hakimdən icazə alınmalıdır. Mədəndən qızıl, gümüş və sairə qiymətli ehtiyatlar çıxaran şəxs öz xərclərini çıxıb (15 misqal qızıl) xüms ödəməlidir;

3. Xəzinə: Xəzinə dedikdə yerdə, ağacda, dağda və ya divarda gizlədilmiş şey nəzərdə tutulur. Xəzinənin sahibi tanınmır. Onun tapılması xərcləri çıxıldıqdan sonra xümsü ödənməlidir;

4. Üzgüçülüklə dənizdən çıxarılan cəvahir: Cəvahir də xalqın malı sayılır. Onu çıxarmaq üçün vacib ehtiyata əsasən şəri hakimdən icazə alınmalıdır. Əgər üzgüçülük yolu ilə dənizdən cəvahir, mərcan və bu kimi şeylər əldə olunarsa, xərclər çıxıldıqdan sonra onun beşdə biri xüms ödənməlidir;

5. Harama qatışmış halal mal: Əgər insanın malı harama qatışmışsa və onun miqdarını müəyyənləşdirmək mümkün deyilsə, həmin malın xümsü ödənməlidir;

6. Savaş qəniməti: Əgər müsəlmanlar məsum İmamın (ələyhissəlam) hüzuru dövründə onun əmri ilə kafirlərlə vuruşub qənimət əldə etsələr, İmamın (ələyhissəlam) məsləhəti ilə bir hissə ayrıldıqdan sonra xərcləri çıxıb qalan hissənin xümsünü verməlidirlər;

7. Zimmi kafirin müsəlmandan aldığı torpaq; Əgər bir kafir İslam dövlətinin himayəsində yaşayırsa, ona “zimmi kafir” deyilir. Zimmi kafir müsəlmandan aldığı torpağa görə xüms verməlidir. Həmin şəxs torpaq əvəzinə pul da verə bilər.


Xümsü tərk etməyin təsirləri
Ayə və rəvayətləri və nəzərdən keçirdikdə məlum olur ki, xümsdən boyun qaçırmaq həm özü günahdır, həm də başqa günahlara səbəb olur. )N$O@O#$R%_^P&A(G*E! 107)N$O@O#$R%_^P&A(G*E! 108

1. Xümsü ödəməyən xəyanət edir:

Adi danışıqda “xəyanət” dedikdə bir şəxsin ona əmanət tapşırılmış maldan istifadəsi nəzərdə tutulur. Yəni həmin şəxs mal sahibindən icazə almadan ondan istifadə edir.

Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) savaş qəniməti əldə olunduqda müsəlmanlara xitabən buyurardı: “Qənimətlərə münasibətdə xəyanətlərdən çəkinin! Hesablanmadan və xümsü ödəmədən bir kişi əsir qadınla izdivac edərsə və ya qənimət ata süvar olarsa, qənimətə xəyanət etmişdir.”1

Həzrətin (səlləllahu ələyhi və alihi və səlləm) buyuruğu aşkar şəkildə göstərir ki, xümsü verilməmiş qənimətdən istifadə xəyanətdir. Demək, xümsü ödənməmiş mal əmanət hökmündədir və ona toxunan xəyanətkar sayılır.



2. Xümsü ödəməyən qəsbkardır:

Bildiyimiz kimi, şərən icazə almamış başqalarının malına toxunmaq qəsb1 sayılır. Digər tərəfdən illik gəlirdən artıq qalan qazancın beşdə biri İmama çatır. Demək, bir şəxs illik qazancından artıq qalan miqdarın beşdə birini imama təhvil verməsə, onun bu işi qəsb sayılır. İmam Baqir (ələyhissəlam) buyurur: “Bir şəxs xümsü verilməmiş pulla bir şey alarsa, haram bir şey almış sayılır.”2

İshaq ibn Əmmar imam Baqirin (ələyhissəlam) belə buyurduğunu nəql edir: “İnsanın xümsü verilməmiş mal ilə bir şey almağa haqqı yoxdur. O deyə bilməz ki, aldığını öz pulu ilə alıb. Yalnız xüms sahibi icazə versə mümkündür.”3

Gördüyünüz kimi, İmam (ələyhissəlam) hər iki rəvayətdə xümsü verilməmiş maldan istifadəni haram sayır. Nəticədə aydınlaşır ki, xümsü verilməmiş mal qəsb olunmuş sayılır.



3. Xümsü ödəməyən yetimin malını yeyir:

Yetimin malını yemək ona görə pis sayılır ki, onun özünü müdafiə etmək gücü yoxdur. O özünü güclü bir şəxsin caynağından qurtarmaqda acizdir. İmamlar (ələyhissəlam) hakimiyyətdən uzaqlaşdırıldığı üçün xalqın malındın xüms ayıra bilməmişlər. Bu sahədə onlar bir növ yetim sayılmışlar. Əbu Bəsir İmam Baqirdən (ələyhissəlam) soruşur: “Bəndəni oda salan ən asan iş nədir?” İmam (ələyhissəlam) buyurur: “Yetimin malından bir dirhəm yemək. Bizik həmin yetim deyilən.”4



4. Xümsü ödəməyənin malı puça çıxar:

Rəvayətlərə əsasən xüms ödəmək nəinki malı əskiltmir, hətta onu artırır. Xüms ödəməmək isə malı puça çıxardır, var-dövləti azaldır. İmam Sadiq (ələyhissəlam) buyurur: “Hər kəs bir dirhəm xümsü sahibinə verməsə, iki dirhəm artıq xərcləyəcək. Hər kəs malında başqasına məxsus olanı qaytarmasa, Allah Qiyamət günü həmin malı alovdan ilan şəklində onun boynundan asacaq.”1

Digər bir rəvayətdə isə belə buyurur: “Allahın haqqını ödəməyən kəs batil yolda iki qat artığını sərf edər.”2)N$O@O#$R%F^N&O(T*E! 2)N$O@O#$R%E^F&N(O*T! 213

5. Xümsü ödəməyən əhdi pozur:

Dini qəbul etmək dedikdə, onun əmrlərini yerinə yetirmək nəzərdə tutulur. Hər kəs dini qəbul etdikdən sonra onun göstərişlərinə, yəni əhdinə vəfa qılmasa, vəfasızlıq göstərmişdir. Xüms ödəmək vacib əmrlərdəndir. İslamı qəbul edən hər bir müsəlman xüms ödəməlidir. Əgər ödəməsə, əhdinə vəfa qılmamışdır. Bu səbəbdən İmam Sadiq (ələyhissəlam) «Vay olsun əskik satanlara!»3 ayəsini təfsir edərkən buyurur: “Yəni, ey Məhəmməd, sənin xümsünü kəsənlərə vay olsun!”4



)N$O@O#$R%F^N&O(T*E! 21)N$O@O#$R%E^F&N(O*T! 214

Xüms ödəməyin təsirləri
Xüms ödəməyin zərərləri ilə tanış olduq. Bəs xüms ödəməyin hansı bərəkətləri var?

1. Övladın paklığı:

Bildiyimiz kimi, qidalanmanın insan sağlamlığına və ruhuna böyük təsiri var. Təmiz və halal ruzi sağlam düşüncə və sağlam əmələ səbəb olur. Haram qidalardan şeytani düşüncələr, şeytani əməllər qaynaqlanır.

İnsanın əsil sərvəti onun övladıdır. Əgər övlad pak doğularsa, onun müsbət yöndə inkişafı üçün şərait yaranar. Pak doğulmamış övlad fitnə-fəsad mənbəyidir. Əslində, insan heç bir mülk sahibi deyil və ona əmanət verilənlər Allaha məxsusdur. Amma Allah mehribanlıq göstərərək verdiyi malın beşdə birini onun yolunda sərf eləməyi tapşırır. Qalan hissədən isə insanlar öz istədikləri kimi istifadə edə bilər. Şübhəsiz ki, xüms ödəməkdən boyun qaçırsalar, həm günaha yol verib Allaha itaətsizlik göstərmiş olur, həm də malları haram olduğundan bu haram, övladlarının necəliyinə təsir göstərir. Amma xüms ödəsələr, qidaları halal olduğundan övladlar da pak olur.

Digər bir rəvayətdə imam Sadiq (ələyhissəlam) buyurur: “Hər kəs qəlbində bizə dostluq duysa, Allaha birinci nemətlərə görə sitayiş etsin. “Birinci nemətlər” nədir, deyə soruşurlar və İmam (ələyhissəlam) belə cavab verir: Pak doğuş.” Sonra İmam (ələyhissəlam) buyurur: “Həzrət Əmirəl-möminin (ələyhissəlam) Həzrət Fatiməyə (ələyhəssəlam)1 dedi: Payına düşəni bizim tərəfdarlarımızın atalarına bağışla ki, onlar pak olsun.”2)N$O@O#$R%E^F&N(O*T! 216

İmam Sadiq (ələyhissəlam) buyurur: “İnsanlar üçün Qiyamət günü ən böyük çətinlik odur ki, haqqı tapdananlar qalxıb desin: “Pərvərdigara, bizim xümsümüzü borclulardan al. Biz xümsü möminlər üçün pak etdik ki, doğuşları pak, övladları halal olsun.”3)N$O@O#$R%F^N&O(T*E! 21)N$O@O#$R%E^F&N(O*T! 217

2. Var-dövlətin paklığı:

Xümsü zəruri edən vasitələrdən biri də var-dövlətin paklanmasıdır. İmam Sadiqdən (ələyhissəlam) soruşurlar: “Bir şəxs halal və haramdan mal qazanıbsa, tövbə etmək istədikdə onu necə ayırmalıdır? İmam (ələyhissəlam) buyurur: “Malının xümsünü verib, onu pak etsin. Allah-təala var-dövləti xümsü ödənməklə paka çıxarır.”4)N$O@O#$R%E^F&N(O*T! 218

Gördüyünüz kimi, imam Sadiq (ələyhissəlam) xümsü malın paklanma səbəbi sayır. Qurani-Məciddə xüms ödənməsi malın təmizlənmə amili sayılır: «Onların malından sədəqə al ki, paka çıxarasan1)N$O@O#$R%E^F&N(O*T! 220

Bu ayədə xümsün malı paklaması səbəbi aydın şəkildə bəyan olunmuşdur.



)N$O@O#$R%E^F&N(O*T! 222

3. Ruzinin artması:

İnsanın ruzisi, var-dövləti təkcə çalışmaq, elm və bilik yolu ilə əldə olunmur. Mal-mülkün artması üçün başqa səbəblər də var. İmam Riza (ələyhissəlam) buyurur: “Xüms ödəməyiniz sizin ruzi açarınız və günahlarınızın yuyulma səbəbidir. Xüms verməklə möhtac olacağınız gün üçün ehtiyat toplayırsınız.”2)N$O@O#$R%E^F&N(O*T! 223



4. Günahların yuyulması:

Məsumlardan (ələyhimussəlam) başqa bütün insanların günahı var. Allah-təala mərhəmət edərək insanlar üçün paklanma yolları müəyyənləşdirmişdir. Bu yolları tanıyıb uyğun istiqamətdə addım atan insan Allahın rəhmətindən bəhrələnir. Allahın uyğun göstərişlərinə əməl edən insan pak cisim və şad ruhla Allahla görüşəsidir. İmam Riza (ələyhissəlam) buyurur: “Xüms verməyiniz günahlarınızın yuyulmasına səbəb olar.”3)N$O@O#$R%E^F&N(O*T! 224



5. Dinin yayılmasında şəriklik:

Bildiyimiz kimi, bütün işlərin həyata keçməsi üçün maddi dəstəyə ehtiyac var. Maddi dəstək olmadan hansısa işi gerçəkləşdirmək mümkün deyil. Müqəddəs İslam dini ümumbəşəri bir dindir. Demək, İslamın dünyaya yayılması üçün maddi dəstəyə ehtiyac var. İslamın ümumbəşəri məqsədlərini həyata keçirmək üçün bu dəstək zəruridir. Qurani-Kərimin bir çox ayələrində bildirilir ki, müqəddəs İslam dinini təbliğ edib yaymaq Həzrət Məhəmmədin (salləllahu ələyhi və əlihi və səlləm) öhdəsinə düşmüş bir vəzifədir. Və ona özünə canişin seçmək təklif olunur. Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) ilahi vəhy əsasında pak İmamları (ələyhissəlam) özünə canişin seçir. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) və məsum İmamların (ələyhissəlam) dini yetərincə təbliğ edə bilməsi üçün Allah-təala xümsü maddi dəstək qərar vermişdir. Demək, xüms ödəyən insan dinin təbliğinə kömək etməklə onun yayılmasına şərik olur. Tarixdə oxuyuruq: İmam Rizanın (ələyhissəlam) yaxınlarından sayılan İran tacirlərindən biri Həzrətə (ələyhissəlam) məktub yazdı və ödəyəcəyi xümsün ona bağışlanmasını xahiş etdi. Həzrət (ələyhissəlam) bu şəxsin cavabında buyurdu: “Rəhman və Rəhim Allahın adı ilə. Həqiqətən, Allah Vüsət verən və Kərimdir. Yaxşı əməllərin əvəzində savab, pis əməllərin əvəzində əzab verir. Allahın halal etmədiyi mal halal olmaz. Xüms dinə, əhli-əyala və xidmətçilərimizə köməkdir. Biz abır-həyamızı qorumaq üçün ondan bağışlayır, xərcləyirik. Bizə xümsü əsirgəməyin və özünüzü bizim dualarımızdan məhrum qoymayın. Qüdrət tapmağımıza səbəb olan şeyi (xümsü) malınızdan ayırmaqla ruziniz üçün açar əldə edir, günahlarınızı yuyur, möhtac olacağınız gün üçün azuqə yığırsınız. Müsəlman Allahla bağladığı əhdə vəfa qılır. Müsəlman o şəxs deyil ki, dili ilə cavab verib qəlbində müxalif ola.”1

Bəli, xüms məsumlar (ələyhimussəlam) üçün maddi dəstəkdir, onlar xüms vasitəsi ilə dini yayır. Əgər bu işə şərik olsaq, onun mənəvi savabından da bəhrələnərik.
Xümsün fəlsəfəsi
Xümsün bir çox hikmət və fəlsəfəsi vardır. Onlardan bəzilərini qeyd edirik:

1) Şübhəsiz ki, İslam təkcə əxlaqi, fəlsəfi və ya etiqadi bir məktəb kimi zühur etməmişdir. İslam bütün maddi və mənəvi ehtiyaclar nəzərə alınmış ictimai bir din olaraq zühur etdi. Bu məktəb Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) dövründə hökumət qurulan vaxtdan vardı. Hökumətin idarəsi üçün nizamlı və yetərli təminat mənbəsi lazım idi. Bununla da İslami hökumət təşkili sayəsində cəmiyyətin imkansızlarına, xəstələrinə, himayəsizlərinə, əlillərinə və yetimlərinə kömək edib iqtisadi boşluğu doldurmaq olardı. Allah-təala zəkat ayəsini nazil etməklə sonsuz rəhmət və yardım əlini Peyğəmbərə (salləllahu ələyhi və əlihi və səlləm) uzatdı. O, zəkatı vacib etməklə bu çatışmazlıq və nöqsanı aradan qaldırdı. Zəkat bütün İslam cəmiyyətinə məxsus olan büdcələrdəndir. Zəkat Bəni-Haşimə (seyyidlərə) yox, qeyd olunanlara çatır. Lakin hökumət başçısı olaraq İmamın da təmin olunası xərcləri vardır. İslam quruluşunun inkişafı və cəmiyyətin idarəsi üçün ona böyük büdcə lazımdır. Bu məqsədlə də xüms vermək vacib olmuşdur. Xüms rəvayətlərdə İslam hökumətinin vergisi kimi qeyd olunub.1)N$O@O#$R%F^N&O(T*E! 12)N$O@O#$R%E^F&N(O*T! 12)N$O@O#$R%F^N&O(T*E! 13)N$O@O#$R%E^F&N(O*T! 13

2) Allah-təala İslam Peyğəmbərinin (salləllahu ələyhi və əlihi və səlləm) izzət və kəramətini qoruyaraq Bəni-Haşim və onun yaxınlarından olan fəqirlərin təmin olunması üçün xümsü vacib etdi. Allah onların payını Özü və Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) payına yaxın bildi. Bununla da onların təhqir olunması üçün yaranmış şərait aradan götürüldü. Bəzi şəxslərin fəqirlərə zəkat verərkən özlərini üstün, qarşı tərəfi isə alçalmış hiss etmələri mümkündür. Hansı ki, xüms adlanan verginin ödənməsində məsələ isə tam əksinədir. Burada xümsü alan şəxs üstün hesab olunur.1)N$O@O#$R%F^N&O(T*E! 14)N$O@O#$R%E^F&N(O*T! 14

3) Xüms elə bir büdcədir ki, İmam (ələyhissəlam) nəzərdə tutduğu xeyir işləri bu büdcə vasitəsi ilə nəzərdən keçirir və onu lazım bildiyi istiqamətlərdə sərf edir. Ayədə deyilən “Allaha məxsus olan (xüms)”, əslində Peyğəmbər üçündür. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) də onu istədiyi yerlərdə sərf edir.2

)N$O@O#$R%F^N&O(T*E! 15)N$O@O#$R%E^F&N(O*T! 4) Xüms - insanın kamilliyi və inkişafı üçün vasitədir. Hər bir şəxs vəzifələrini yerinə yetirməklə kamillik mərhələlərini keçir. İnsan Allaha yaxınlıq məqsədi ilə və dünyaya arxa çevirməklə vəzifəsini yerinə yetirir, günahlarını təmizləyir və kamilliyə doğru hərəkət edir.

İmam Rzanın (ələyhissəlam) öz yaxınlarından birinə yazdığı məktubda deyilir: “Xüms ödəmək insanın ruzi əldə etmək və günahlarının bağışlanma səbəbidir.3)N$O@O#$R%F^N&O(T*E! )N$O@O#$R%E^F&N(O*T! 16



5) Bu məktəbin əsas hədəfi olan İlahi dinin dirçəlişi və İslam hökumətinin qurulması üçün zəkat büdcəsindən əlavə müstəqil bir büdcə lazımdır. İlahi ədalət hökumətinin qurulmasına doğru olan bir inqilabın xərclərinin təmin olunması üçün xüms, çox böyük sərvətdir.

Həmin məktubda yenə də İmam Rza (ələyhissəlam) belə buyurur: “Xüms bizim Allahın dininə yardımımızdır.”4 )N$O@O#$R%F^N&O(T*E! )N$O@O#$R%E^F&N(O*T! 17

Əlbətdə ki, xümsün bizim bilmədiyimiz bir çox səbəb və hikmətləri də ola bilər.

Bir şübhəyə cavab
Bəziləri belə düşünə bilər ki, xümsün bir hissəsinin seyyidlərə ayrılması bir növ ayrı seçkilikdir. Cavab olaraq deməliyik ki, uyğun hissə yalnız ehtiyaclı seyyidlərə xərclənir. Bundan əlavə onlara yalnız bir illik ehtiyacı verilə bilər. Demək, həmin hissədən yalnız iqtisadi çətinliyə düşmüş yoxsul, yetim uşaqlar faydalana bilir. Bundan əlavə, seyyid olmayan ehtiyaclılar öz ehtiyacını zəkatdan ödəyə bilər. Unutmamalıyıq ki, yoxsul seyyidlərin zəkatdan istifadə etmək hüququ yoxdur. Zəkat cəmiyyətin ümumi büdcəsi sayılır. Belə görünə bilərdi ki, seyyidlərin zəkatdan məhrum edilməsi də onlara qarşı ayrı seçkilikdir. Amma İslam qanunlarında bütün təbəqələr nəzərdə tutulmuşdur. Seyyidlər xümsdən, seyyid olmayanlar zəkatdan pay alır. Seyyidlərin zəkatdan məhrum edilməsinin səbəbi ayrıseçkilik yox, bir imtiyazdır. Seyyidlər müəyyən məsləhətlər əsasında ümumi büdcədən istifadə edə bilməzlər.
Seyyidlik nə vaxtdan başlamışdır?

)N$O@O#$R%F^N&O(T*E!

Çoxlarını düşündürən - Seyyidlik nə vaxtdan başlamışdır? - sualına cavab vermək istərdik: Seyyidlik-Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) nəslində mövcud olan mənəvi bir şərəfdir. Onun nəslindən olan bu insanlara xüsusi hörmət göstərilir. Bu ehtiramın əsasını, şübhəsiz ki, həmin insanların Peyğəmbərlə (salləllahu ələyhi və əlihi və səlləm) qohumluq əlaqəsi təşkil edir. “Seyyid” ərəbcədən tərcümədə “ağa” deməkdir. Bu kəlmə Peyğəbər və İmamların (ələyhimussəlam) buyuruqlarında da işlədilmişdir.

Amma belə bir titul, seyyid olan şəxsə icazə vermir ki, İslam qanunlarını pozsun və özünü qanunlara münasibətdə başqalarından üstün saysın. Çünki Quran buyurur:

»Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi qadından (Adəm ilə Həvvadan) yaratdıq ( ya sizin hər birinizi bir ata anadan yaratdıq) sizi bir-birinizi tanıyasınız deyə böyük kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhrizkarınızdır. Həqiqətən Allah çox bilən xəbərdardır.» 1

Bu mübarək ayədə Allah-təala insanın pulunu, var-dövlətini, məqamını, gözəlliyini və s. deyil, əksinə onun pəhrizkarlığını (yəni, Allaha olan itaətini, haramlardan çəkinib vacibləri yerinə yetirən şəxsi) üstün tutur.

Bunu da qeyd etmək lazımdır ki, Allah-təala əməlləri yalnız təqvalı insanlardan qəbul edəcəkdir. Yəni, hər kəs vacibləri yerinə yetirib haramlardan çəkinməsə, özünü qınamalıdır.

Quran buyurur: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir2

Buna görə də Allaha itaəti olmayan seyyidlər bilsinlər ki, istər Peyğəmbərin həyat yoldaşı, istər övladı, istərsə də əmisi və onun həyat yoldaşı belə Allah-təalanın əmrlərinə itaət etməsə, Axirətdə əbədi əzab içində olacaqlar.

Düşünək: “Əgər Peyğəmbərin əmisi, yaxud həyat yoldaşı yaxud da oğlu əzaba düçar olub əbədi Cəhənnəmdə yanacaqlarsa, onda görəsən, ibadət etməyən adi insanların aqibəti necə olacaq?!”

Deyilənlərdən nəticə çıxarmaq üçün Qurani-Kərimdən bir neçə ayəni zikr edirik:

1Allah kafirlər üçün Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir. Onlar bizim saleh bəndələrimizin (Nuh və Lutun) nigahında idi və hər ikisi onlara (Nuh və Luta) xəyanət etdi. Onlar (Nuh və Lut) öz həyat yoldaşlarından əzabı uzaqlaşdıra bilmədi. Onlara deyildi: “Başqaları ilə atəşə daxil olun!»1

2-»Nuh Pərvərdigarına dedi: Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sənin vədən haqdır və Sən ən yaxşı hökm edənsən.” (Allah) buyurdu: “Ey Nuh, həqiqətdə onun əməli düz olmadığı üçün sənin ailəndən deyil. Buna görə də bilmədiyin bir şeyi Məndən bir daha istəmə. 2«

3-»Bağışlayan mehriban Allahın adıilə. Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın ölüm olsun ona! Əsla onun mal-dövləti, əldə etdikləri (Allahın əzabını zərrə qədər ) ondan uzaqlaşdıra bilməz. O, tezliklə alovlu (şöləli) oda girəcək orada yanacaqdır. onun odun daşıyan həyat yoldaşı da (Cəhənnəm oduna girəcəkdir). Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə əməllərin eynilə təcəssüm olaraqZəqqumağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)»3

Əslində seyyidliyin kökü Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) və Onun Əhli-beytinin (ələyhimussəlam) əzəmətidir. Onlar öz uca şəxsiyyətləri sayəsində ağa, seyyid olmuşlar. Bu şəxsiyyət ucalığı Həzrət Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) babası Haşimdən gəlir. Onun övladları da bu yolla iftixar qazanmışlar.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin