MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə10/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   6   7   8   9   10   11   12   13   ...   89
Dinin zərurəti
Insan bu dünyada hədəfsiz yaradılmamışdır. Allah-təaladan da heç vaxt yersiz, hikmətsiz və hədəfsiz bir iş baş verməz. Qur`an ayələri və rəvayətlərdən aydın olur ki, insanın yaradılışında əsl hədəf - fəzilət və kamala yetişməklə Allah yanında ən ali dərəcələrə çatmaqdır. Bu ali hədəflərə dəqiq proqram, hərtərəfli qanun və göstərişlərsiz çatmaq mümkün deyildir. Əksinə, bu dəyərli məqamlara çatmaqdan ötrü elə qanun və hökmlərə ehtiyac var ki, fərdi və ictimai hüquqları qoruyub, azadlıq və rahatlığı tə`min etsin, kamal və səadət yollarını insana göstərsin.

Aydındır ki, insan özünün müxtəlif istəklərini o cümlədən, Yaradanını və onu əsas hədəflərinə çatdıracaq yolları tanımır və çoxları öz səadət və xoşbəxtliklərini dünyada maddi mənafelərinə çatmaqda görüb, mə`nəvi və axirət ehtiyaclarından qafildirlər.

Bəşər arasında qeyri-ilahi dinlər də mövcuddur. Insanlar tərəfindən kor-təbii surətdə, yaxud xəyal və gümanlardan yaranan xurafat dinlər və ümumiyyətlə bütlərə, ulduzlara, mələklərə, və s. əsaslanan dinlər də vardır. Qur’ani-Kərim nöqteyi-nəzərindən bu kimi düzgün olmayan əqidələr də “din” adlandırılmışdır. “Əl-Kafirun” surəsinin 6-cı ayəsində buyurulur: «Sizin öz dininiz və mənim də öz dinim vardır.»

Bəs görəsən, Allahın buyurduğu və düzgün saydığı din hansıdır?

Bu suala da Qur’ani-Kərim belə cavab buyurur: «Şübhəsiz, Allah yanında (həqiqi) din həmin İslamdır. Hər kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qə`bul olunmayacaq və o, axirətdə ziyan çəkəcəkdir.» 1

Üçüncü fəsil


İSLAM

“İslam” ərəb kəlməsi olub “Allahın dininə təslim olmaq” mə`nasını daşıyır. Bu cəhətdən də Allahın dininə təslim olana “müsəlman”2 deyilir. Yə`ni, Allahın yeganəliyinə, mələklərə, Peyğəmbərlərə (ələyhimussəlam), Qur`ana, dirilməyə, bir sözlə dinin zəruri məsələlərinə inanan şəxs müsəlman sayılır.

Bildiyimiz kimi müsəlman olmağın ilkin şərti “kəlmeyi şəhadət”-i deməkdir. Yə`ni, şəxsin özünün müsəlman olmasını isbat etməsi üçün bu kəlmələri dilə gətirməsi zəruridir:

1-Əşhədu ən lə iləhə illəllah (Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə`bud yoxdur).

2-Əşhədu ənnə Muhəmmədən rasulullah. (Şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir).

3-Əşhədu ənnə əmiralmu`mininə Əliyyən vəliyyullah. (Şəhadət verirəm ki, mö`minlərin əmiri olan Əli Allahın vəlisidir).1

Lakin Allahın tam razılığını qazanmaq üçün yanlız “inanmaq” kifayət etmir. Əgər əməl olmasa, Axirətdə “inam” fayda verməyəcəkdir.

Müsəlmandan da üstün dərəcəyə isə “mö`min”2 deyilir. “Mö`min” kəlməsi ərəb mənşəli olub “Allaha iman gətirib, Onun əmrlərini can-başla yerinə yetirən şəxs”ə deyilir. Hər kəsdə məhz bu ikisi (iman və əməl) olarsa, müsəlmandan da yuxarı dərəcəyə yüksəlmiş olur. Deməli, mö`min müsəlmandan üstün mərtəbə sayılır. Nəticədə, hər mö`minə müsəlman demək düzgün, amma hər müsəlmana mö`min demək yanlış və səhvdir. Məhz buna görə də Allah buyurur: «Həqiqətən, bu Qur`an (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən mö`minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir.»3



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin