ƏHLI-BEYT1 (ələyhimussəlam)
Qur`ani-Kərim buyurur: «Həqiqətən, Allah siz Əhli - beytdən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etmək istəyir.»2
Əhli-beyt (ələyhimussəlam) dedikdə 14 mə`sum (pak, günahsız, səhvsiz, xətasız, ədalətli, bir sözlə tam kamil insanlar) nəzərdə tutulur. Onların mübarək adlarını və ləqəblərindən bə`zilərini yada salırıq:
1-Məhəmməd Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), ləqəbi: Mustafa, Xatəmul-Ənbiya (Peyğəmbərlərin sonuncusu).
2-Həzrət Fatimə (səlamullahi ələyha), ləqəbi: Zəhra, Tahirə, Siddiqə.
3-İmam Əli (ələyhissəlam), ləqəbi: Əmirulmu`minin, Əbu Turab.
4- İmam Həsən (ələyhissəlam), ləqəbi: Muctəba.
5-İmam Hüseyn (əleyhis-salam), ləqəbi: Seyyiduş-şuhəda.
6-İmam Əli (ələyhissəlam), ləqəbi: Zeynulabidin, Səccad.
7-İmam Məhəmməd (ələyhissəlam), ləqəbi: Baqir.
8-İmam Cəfər (ələyhissəlam), ləqəbi: Sadiq.
9-İmam Musa (ələyhissəlam), ləqəbi: Kazim.
10-İmam Əli (ələyhissəlam), ləqəbi: Riza.
11-İmam Məhəmməd (ələyhissəlam), ləqəbi: Təqi, Cavad.
12-İmam Əli (ələyhisəlam), ləqəbi: Nəqi, Hadi.
13-İmam Həsən (ələyhissəlam), ləqəbi: Əskəri.
14-)N$O@O#$R%_^P&A(G*E! 114İmam Məhəmməd (ələyhissəlam), ləqəbi:, Məhdi, Sahibəz-zəman.
Allahın əmr etdiyinə əsasən insanların Əhli-beytə (ələyhimussəlam) qarşı iki vacib və mühüm vəzifəsi vardır:
Əhli-beytə (ələyhimussəlam) məhəbbət;
«...De: Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) əvəzində qohumlarım (Əhli-beytim) barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm...»1
2)Allaha yaxınlaşmaq üçün Əhli-beyti (ələyhimussəlam) vasitəçi tutmaq;
Dostları ilə paylaş: |