Əhli-beyt (ələyhimussəlam) Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) sünnəsində
Hər kim Əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) sünnəsində (keçdiyi həyat yolunda) tədqiqat aparıb mütaliə etsə və o Həzrətin (səlləllahu ələyhi və alihi və səlləm) Əhli-beytə (ələyhimussəlam) qarşı olan məhəbbət və əhəmiyyətini görsə, başa düşər ki, bu müqəddəs ailənin İslamda nə qədər böyük, əsaslı rolu və tə`siri vardır. Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) müxtəlif zamanlarda bu məsələni xalqa bəyan edərək, Allahın əmri ilə ümmətdə belə bir məsələni qə`bul etməyə şərait yaradırdı. O, (səlləllahu ələyhi və alihi və səlləm) bu işi mərhələ-mərhələ həyata keçirirdi. Ilkin mərhələdə Allahın əmri ilə qızı Fatiməni (səlamullahi ələyha) Həzrət Əliyə (ələyhissəlam) ərə verdi və bununla da mübarək Əhli-beyt (ələyhimussəlam) ağacının gövdəsini əkdi ki, tarix boyu bu ağacın budaqları İslam ümmətinin bütün üfüqlərinə ucalsın.
“Səqələyn”1 hədisi
Həzrət Peyğəmbər səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: “Həqiqətən mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-təalanın kitabı (Qur`an), digəri isə mənim itrətimdir. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Əhli-beytimdir. Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz!”
Yaxud başqa bir tə`birlə belə buyurur: “Mən sizin aranızda iki şey qoyub gedirəm. Əgər onlara tabe olsanız, heç bir zaman yoldan çıxıb azmazsınız. O iki şey Allahın kitabı və mənim Əhli-beytimdir. Onlar Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz.”1
“Səfinə”2 hədisi
“Səqələyn” hədisi bizə Əhli-beyti (ələyhimussəlam), Qur`anın mə`na və həqiqətlərini, hikmət və sirlərini bəyan edən şəxslər kimi tanıtdırdı.
“Səfinə” hədisi isə Onların (ələyhimussəlam), müsəlmanlar üçün nicat gəmisi və qurtuluş yolu olduqlarını müəyyən edir. Bu hədisdə izah olunur ki, hər kim bu gəmidən istifadə etməzsə və onunla birgə hərəkət etməzsə, şübhə yoxdur ki, günah dənizində bataraq məhv olacaqdır. Eyni zamanda Əhli-beytin (ələyhimussəlam) nicat gəmisinə minməyən şəxs insanları hidayət və mənəviyyat sahilləinə aparan İlahi rəhbərləri rədd edir və bununla da özünün əbədi bədbəxtçilik dənizində boğulmasına razı olur.
Əbuzər Ğəffari belə rəvayət edir: “Ay camaat! Hər kim məni tanıyırsa tanıyıb, tanımayanlar bilsinlər ki, mən Əbuzərəm! Mən Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) belə eşitdim: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kim ondan uzaq düşsə cəhənnəm oduna düşər. Mənim Əhli-beytimi bir bədəndə baş və yaxud bir başda gözün yerində fərz edin. Şübhəsiz, bədən başsız və baş da gözsüz heç bir zaman bir iş görməyə qadir deyildir.”1
Dostları ilə paylaş: |