Digər hədislər:
1- Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və əlihi və səlləm) dəfələrlə buyurmuşdur: “Hər kim mənim Əhli-beytimlə pis rəftar etməklə məni narahat etsə, Allahın qəzəbi o adam üçün şiddətli olar.”
2-“Qiyamət günü bütün bəndələrə bu dörd sualları verməmiş qoymazlar bir addım irəliləsin; ömrünü hansı şeylərə fənaya verdiyindən, bədənini nələrdə qocaltdığından, mal-dövləti hardan qazanıb, harada məsrəf etdiyindən və biz Əhli-beytin məhəbbət və dostluğundan.”
3-“Həqiqətən məndən sonra ümmətim üçün olan canişimlərim, vəsilərim və Allahın bəndələrə olan höccətləri və İmamları on iki nəfərdən ibarətdir. Onların əvvəli Əli, axırıncısı isə nəslimdən olan övladım Məhdidir”1
Bir sözlə Əhli-beyt (ələyhimussəlam) haqqında nazil olan ayələr və rəvayət olunan aşkar hədislər, tarix boyu müxtəlif zaman və məkan şəraitində müsəlmanların qəlblərində yaşamışdır. Bu e`tibarlı mənbələr, elm və mərifət xəzinələri zaman keçdikcə daha da canlı və önəmli bir şəkildə müsəlmanların namuslu təfəkkürlərində kök salaraq, bir daha onları İslamın ülvi hədəflərinə doğru istiqamətləndirir. Bu müqəddəs insanlarla (ələyhimussəlam) tanışlıq Allah, Qur`an və varlıq aləmi ilə həqiqi tanışlıq səbəbidir. Belə bir mə`rifət həqiqətlərin dərki üçün nuraniyyətə səbəb olur. Bu yolla nəfs saflaşdırılır, batin aləmi bəzənir.
Bəli, ayə və rəvayətlərdən göründüyü kimi, Əhli-beyt (ələyhimussəlam) bütün maddi və mə`nəvi bərəkətlərin mənbəsidir. Insan Onları tanımadan, Onlara bağlanmadan heç bir bərəkətə nail ola bilməz.
Demək olar ki, bütün səmavi dinlərdə hər bir Peyğəmbərin on iki canişini olmuşdur. Məsələn, Isa Peyğəmbərin (ələyhissəlam) on iki həvarisi (apostol) O Həzrətin (ələyhissəlam) gətirdiyi dini yaymış və insanları düzgün yola hidayət etmişlər. Həmçinin İslam Peyğəmbərindən (salləllahu ələyhi və əlihi və səlləm) sonra sonuncu dini insanlara düzgün tanıtdırmaq və onları doğru yola hidayət etmək üçün İmamların (ələyhimussəlam) vücudu zəruridir. İmam Riza (ələyhissəlam) həqiqi İmamın məqam və sifətlərini belə sadalayır:
1-İmam Öz nuru ilə dünyanı işıqlandıran günəş kimidir.
2-İmam on dörd gecəlik ay, nurlu çıraq, aydınlıq, yol göstərən ulduz kimidir.
3-İmam susuz üçün şirin su, yolunu azan insan üçün isə bələdçidir.
4-İmam hərarət axtaran üçün şö`lənənən od, təhlükə zamanı sığınacaqdır. Ondan ayrılan həlak olur.
5-İmam Allahın halalını halal, haramını haram edir. Allahın buyurduğu hədlər qorunur, din müdafiə olunur, insanlar hikmət və moizə ilə Rəbbinin yoluna də`vət edilir, aşkar dəlillərlə haqq yol açıqlanır.
6-İmam daimi və bərəkətli yağış kölgə salan bulud, məhsuldar torpaq, sulu çeşmə, bəhrəli bağ-baxçadır.
7-İmam vəfalı dost, mehriban ata, candan üstün qardaş, qayğıkeş ana, e`tibarlı sığınacaqdır.
8-İmam xalq üzərində Allahın nəzarətçisi, bəndələr üçün dəlil, yer üzündə canişin, Allaha doğru də`vət edib dini qoruyan kəsdir.
9-İmam bütün günahlardan, nöqsanlardan pak və uzaqdır. O elm və biliklə, səbir və dözümlə bəzənmişdir.
10-İmam dinin nizamı, müsəlmanların izzəti, münafiqlər1 üçün qəzəb səbəbi, kafirlər üçün ölümdür.
11-İmam məqam və mərtəbəsinə kimsənin çatmayacağı bir kəsdir. Onunla eyni biliyə malik olan yoxdur. Ona oxşar tapılmaz, Onun vücudu Allah tərəfindən əta olunmuş fəzl qoynundadır.
12-İmamın sifətlərinin bəyanında öz acizliyini hamı e`tiraf etmişdir. Axı İmamın bütün fəzilətlərini, məqamlarını, üstünlüklərini necə əhatə etmək olar?!
13- İmam danışan Qur`andır. Qur`an və İslam maarifinə İmamsız yaxınlaşmayın!
14-Heç şübhəsiz, İmamət məqamı dinin cilovu, müsəlmanların nizamı, dünyanın salamatçılığı, mö`minlərin izzətidir.
15-Həqiqətən, İmamət uca mərtəbəli İslamın sütunu və bu geniş həqiqətin cismidir. Yetərli namaz, zəkat, oruc, həcc, cihad, qənimət, sədəqə, hədd və ölkənin hifzi yalnız İmamın varlığına bağlıdır...2
Altıncı fəsil
Dostları ilə paylaş: |