MüƏLLİF: ayətullah əHMƏd ehtimam


USULUDDIN Müqəddəs İslam dininin maarifi iki hissədən ibarətdir: 1) Usuluddin



Yüklə 1,31 Mb.
səhifə25/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   21   22   23   24   25   26   27   28   ...   89
USULUDDIN

Müqəddəs İslam dininin maarifi iki hissədən ibarətdir:

1) Usuluddin (dinin əsasları və ya kökləri).

2) Furuuddin (dinin budaqları).

Başqa sözlə desək, din – “iman” və “əməl”dən ibarətdir və hər bir müsəlman “dinin kökləri”nə inanmalı, “dinin budaqları”na isə əməl etməlidir. Məhz belə olan surətdə insan Allahın razılığını, əbədi olan Cənnəti qazanacaq, məqsəd və hədəfə çatacaqdır.

Bir qanadı olan quşun öz məqsəd və hədəfinə yetişməsi qeyri-mümkündür. Bunun üçün onun iki qanadının olması zəruridir. Insanın da bu iki qanadı ( yə`ni, “iman” və “əməl”i) olmasa, onda, o, bir qanadlı quş kimi öz məqsədinə və hədəfinə heç vaxt yetişməyəcək və əbədi olan Cənənnəmi qazanacaqdır.

Qur`an buyurur: «Şübhəsiz, iman gətirib1 və saleh iş görənlər2 isə yaradılmışların ən yaxşılarıdır. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.»3

Usuluddin 5, furuuddin isə 10 maddədən ibarətdir. Usuluddinin maddələri aşağıdakılardır:

1)Tovhid – yə`ni Allahı hər bir cəhətdən yeganə, misilsiz və şəriksiz bilmək.

Məhz “tovhid” bütün İslam tə`limlərinin ruhu və əsasdır. O, İslam dininin bünövrəsi, kökü və dayaq nöqtəsidir. Dinimizin hər bir bölməsi bir növ, “tovhid”lə Allahın yeganəliyi ilə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, “tovhid”ə əsaslanır.İlahi Peyğəmbərlərinin (ələyhimussəlam) bir Allaha doğru çağırışları, İlahi dininin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, həmçinin Müqəddəs kitabımızın bir olması, İlahi qanun vericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti, Qiyamət gününə olan e`tiqadın birliyi də, “tovhid”dən xəbər verir.

Qur`ani-Kərim buyurur: «Sənə və səndən əvvəlki bütün Peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik1 olsanız, əməllərinizin hamısı hədər olacaqdır. Və əlbəttə, ziyankarlardan olacaqsınız.»2

2) Ədl - yə`ni Allahın ədalətli olduğuna inam.

Allahın öz bəndələrinə zülm etməsi, heç bir səbəb olmadan kimisə cəzalandırması və ya əsassız olaraq bağışlaması qeyri-mümkündür. Çünki Allah-təala dəfələrlə Qur`anda zalımların və günahkarların əbədi Cəhənnəmdə olmasını və`d edir. Deməli, Onun Öz və`dəsinə əməl etməməsi, ləyaqətsiz və günahkar şəxslərə peyğəmbərlik və İmamət məqamı bəxş etməsi və onların ixtiyarında müxtəlif mö`cüzələr qoyması da, qeyri-mümkündür. O, Adildir və zərrə qədər heç kimə nahaq yerə zülm etməz.

Qur`an buyurur: «Doğrudan da, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.»3

Yaxud «Həqiqətən, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz.»4

Ağılın hökmünə əsasən kainatın Xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah-təalanın sifətlərindən biri sayılan “hikmət”in mə`nası olmayacaqdır.

Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq olmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-təala isə bütün bunlardan pak və uzaqdır.

Görəsən, insanları ədalət və yaxşılığa əmr edən Allahın Özü ədalət və insafdan kənar ola bilərmi?!

Əgər Allah-təala Öz işlərində ədalətli olmasaydı, onda Onun bütün işləri hikmətsiz sayılar, hikmətsiz işlər isə əbəs və mə`nasız olardı. Bu isə uca məqamlı Rəbbimizdən çox-çox uzaqdır.

Qiyamətdə sorğu-sualın da ədalətlə keçirələcəyi barədə buyurulur: «Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə, heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.»1

Əməllərimizi çəkmək istəyən bu tərəzi nədir? Xatırladaq ki, bu ayədə deyilən tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi tərəzi deyildir. Bu, Allah-təalanın xalis ədalət tərəzisidir.

3) Nubuvvət - Yə`ni, Həzrət Adəmdən (ələyhissəlam) sonuncu Peyğəmbər Həzrət Məhəmmədə (salləllahu ələyhi və əlihi və səlləm) qədər insanların hidayəti üçün göndərilmiş yüz iyirmi dörd min Peyğəmbərin (ələyhimussəlam) haqq olmasına inanmaq və onları təsdiq etmək.

Allah-taalanın insanlara din və qanun göndərməsi Peyğəmbərlərin (ələyhimussəlam) vasitəsi ilə olmuşdur. Onların hədəfi Allahın yeganəliyi, adillliyi, hökmləri və habelə Qiyamətə kimi zəruri məsələləri insanlara çatdırıb, onları bu yola hidayət etmək olmuşdur.

Peyğəmbər göndərilməsinin digər bir səbəbi də budur ki, bəndələr üçün bütün bəhanə yollarını bağlayır ki, Qiyamət günü heç kəs - Ey Allah, bizə bir peyğəmbər göndərsəydin, biz də ona tabe olub yolumuzu azmazdıq - deməsin.

Allahın bizlərə 124 min peyğəmbər göndərməsində hədəf vardır. Bu, o deməkdir ki, ey insan, Mənim səninlə işim var və sənin də vəzifələrin vardır və verdiyim vəzifələrə necə əməl etdiyini Axirətdə yoxlayacağam. Bunu əməl tərəzisi ilə ölçəcəyəm. Əgər tərəzi ağır olsa, deməli yerin Behiştdir.

Bilməliyik ki, biz öz ağlımız vasitəsilə düz yolu tapa bilmərik. Buna görə də İlahi elçilərə ehtiyac vardır.

Qur`an buyurur: «Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mə`rifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.» 1


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin