MüƏLLİF: ayətullah əHMƏd ehtimam


FURUUDDIN Indi isə furuuddinin maddələri ilə qısa tanış olaq: 1-Namaz



Yüklə 1,31 Mb.
səhifə28/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   24   25   26   27   28   29   30   31   ...   89
FURUUDDIN
Indi isə furuuddinin maddələri ilə qısa tanış olaq:

1-Namaz: Gün ərzində müəyyən şərtlər əsasında və müəyyən vaxtlarda 17 rək`ət namaz qılmaq və bu da 5 namazdan ibarətdir:

Sübh namazı 2 rük`ət; Zöhr namazı 4 rük`ət; Əsr namazı 4 rük`ət; Məğrib (Şam) namazı 3 rük`ət; Işa (Xiftən) namazı 4 rük`ət;

Namaz hətta İslamdan öncəki İlahi dinlərdə ən əhəmiyyətli ibadətlərdən olmuşdur. Namazın uzun tarixi var və bu ibadət bütün Peyğəmbərlərin tapşırığıdır.

Qur`an Həzrət Ibrahimin (ələyhissəlam) dilindən belə buyurur: «Pərvərdigara! Məni və mənim nəslimdən olanları namaz qılanlardan buyur.»1

Həmçinin Həzrət Musa, Şüeyb, Zəkəriyya, Loğmandan (ələyhimussəlam) danışılarkən namaz mövzusu yada salınır.

Yaxud: «Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl)!»1

Və ya Həzrət Loğman oğlunu namaza də`vət edir və digər zəruri işlərin icrasını ona tövsiyə edir: «Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (Insanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir.»2

Bir çox ayə və rəvayətlərdə namaz imanlı insanların önəmli sifətlərindən sayılır. Əgər namaz nəzərdə tutulan şərtlər ödənməklə qılınarsa, insan mə`nəvi bir aləmə yüksələr, onun Allahla iman bağlılığı güclənər, ruhundakı və qəlbindəki günah çirkabları təmizlənir.

Namaz qət`i və ümumi göstərişdir. Namazın qılınmaması üçün yaxşı əməllər şərt sayılsaydı, çoxları min bir bəhanə ilə bu İlahi, tərbiyəvi göstərişdən boyun qaçırardılar.

Bundan əlavə, Allahın zikrindən ibarət olan bu ibadət heç nə ilə əvəz olunmur. Təcrübədən görünür ki, namaz qılmayan insanlar ən azı təmizlik məsələlərinə əməl etmirlər. Insan günahdan çəkinməklə kamala çata bilmir. Insanı kamala çatdıran – yalnız Allaha ibadətdir. Məhz ibadət insana iman tərbiyəsi verir, onun ruhunu kamala çatdırır. Bütün hallarda bu dini vəzifəni yerinə yetirmək hər bir insana vacibdir.

Namaz günahlar qarşısında bir səddir, eyni zamanda onların yuyulmasında tə`sirli bir vasitədir. Çünki o insanın iman ruhunu gücləndirir, qəlbdəki Allah qorxusuna qüvvət verir. Insan qəlbindəki qəflət pərdələrinin çəkilməsində, yaranış məqsədinin aydınlaşmasında namazın mühüm tə`siri var. Bu ibadət günün müxtəlif vaxtlarında insana xatırladır ki, oyan, maddi ləzzətlərə uyma!

Bəli, namaz insandakı əxlaqi fəzilətləri yetkinləşdirir, mə`nəvi təkamülə səbəb olur. Insan namaz vasitəsi ilə bu maddi həyatın dörd divarında baş qaldırıb mələklərlə səs-səsə verir.

Əziz Peyğəmbərdən (salləllahu ələyhi və əlihi və səlləm) belə nəql olunur ki, Həzrət onun görüşünə gəlmiş bir qrup şəxsə belə buyurdu: “Əgər qapınızın ağzından bir çay axsa və siz bu çayda gündə beş dəfə yuyunsanız, bədəninizdə bulaşıqlıq qalarmı? Məclisdəkilər dedilər: Xeyr. Həzrət buyurdu: Namaz da həmin çay kimidir. Hər namaz qılanda iki namaz arasında baş vermiş günahlar yuyulur.1

)N$O@O#$R%E^F&N(O*T! 159

Insanın bütün bu deyilənləri nəzərə alıb namaza diqqətli olması lazımdır. Namazı ilk vaxtında qılmaq, namazda diqqətli və müt`i olmaq lazımdır. Insan namaz vaxtı kiminlə danışdığını dərk etməli, özünü Allahın əzəməti qarşısında “heç” saymalıdır. Namaz gedişində insan özünü nümayiş etməkdən çəkinməlidir. Çünki Allah üçün qılınmayan namazın mükafatı yoxdur və belə bir namaz insanı Cəhənnəmə aparır.


Cəmiyyət içində uzanan namaz

Cəhənnəmə açar olası hökmən.

Namazda kənarda qalmasın gözün,

Yoxsa səccadəni odda görərsən.


Qur`ani-Kərim “Əl-Maun” surəsində namazı lazımınca dəyərləndirməyənləri məzəmmət edərək belə buyurur: «Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona e`tinasızdırlar. Onlar riyakarlıq edər.»2

Yuxarıda deyilənlərdən aydın olur ki, namaz qılmayan, bu vacib əmələ diqqətsizlik göstərənlərin aqibəti çox pisdir.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin