Namazın sözləri və tərcüməsi
Namazda “niyyət”in Allaha xatir olması, Qur`ani-Kə`rimin “Fatihə” surəsini və istənilən başqa bir surəni, həmçinin “təşəhhüd” və “salam”ı oxumaq vacibdir.
Niyyət: Məsələn: Sübh namazı qılıram qurbətən iləllah.1 Əllahu Əkbər (Allah bizim vəsf edib düşündüyümüzdən çox-çox böyükdür).
“Fatihə” surəsi:
1-Bismilləəhir Rahməənir Rahiim 2 (Bağışlayan və Mehriban Allahın adı ilə).
2-Əlhəmdulilləəhi Rabbil ə`ləmiin (Aləmlərin Pərvərdigarı olan Allaha şükürlər olsun).
Allahın fəzlini kim saya bilər?
Mindən birin şükrün kim deyə bilər?
Dənizi, torpağı, ağacı, səni,
Yaradan yaratdı gündüz, gecəni.
Bu saysız ne`mətin şükrü çox çətin,
Adını çəkməyə çatmaz qüdrətin.
O lətif Yaradan yer xalısına,
Minlərlə xal vurmuş, baxım hansına?
Ulduzlar səmada doğdu ki, insan,
Bir ibrət götürsün bu sirr dünyadan.
3-Ər Rahməənir Rahiim (Bağışlayan və Mehriban olana).
4-Məəliki yəvmiddiin (Qiyamət gününün Sahibinə).
5-Iyyəəkə nə`budu və iyyəəkə nəstəiin (Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik).
6-Ihdinəs siraatal mustəqiim (Bizi doğru yola hidayət et).
7-Siraatal ləziinə ən əmtə ələyhim ğayril məğzuubi ələyhim vələzzaalliin (Sənin qəzəbləndiyin kəslərin və haqq yoldan azmışların yoluna yox).
“Ixlas” surəsi:
1-Bismilləəhir Rahməənir Rahiim (Bağışlayan və Mehriban Allahın adı ilə).
2-Qul huvəllaahu əhəd1 (De: O Allah Yeganədir).
3-Əllaahus saməd (Allah hər şeydən ehtiyacsızdır və və ya məqsədim yalnız Allahdır).
4-Ləm yəlid və ləm yuuləd (Ondan kimsə dünyaya gəlməmiş və Onu bir kəs dünyaya gətirməmişdir).
5-Və ləm yəkul ləhuu kufuvən əhəd (Ona oxşar, tay, bərabər və s. bir şey, ya bir kəs yoxdur).
“Təşəhhüd” :
1-Əşhədu əl ləə iləəhə illəllaahu vəhdəhuu ləə şəriikə ləh (Şəhadət verirəm ki, Allahdan başqa mə`bud və heç bir şəriki, bənzəri yoxdur).
2-Və əşhədu ənnə Muhəmmədən əbduhuu və rasuuluh (Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir).
3-Əllaahummə salli ələə Muhəmmədiv və əəli Muhəmməd (İlahi! Məhəmməd və onun ailəsinə Öz rəhmətini göndər).
“Salam” :
1-Əssələəmu ələykə əyyuhənnəbiyyu və rahmətullaahi və bərakəətuh (Salam olsun Sənə, ey haqq olan Peyğəmbər, Allahın rəhmət və bərəkəti Sənə olsun).
2-Əssələəmu ələynəə və ələə ibəədil-ləəhis-saalihiin. (Bizə və Allahın layiqli bəndələrinə salam olsun).
3-Əssələəmu ələykum və rahmətullaahi və bərakəətuh (Salam olsun sizə, Allahın rəhmət və bərəkəti sizə olsun).
“Təsbihati ərbəə” :1
Dostları ilə paylaş: |