Bəhanə 7: Mən hələ cavanam, 40 yaşına çatanda namaza başlayaram. Cavab:Allahdan çox bilirsənmi? Gələcəkdən xəbər vermək yalnız Allaha məxsusdur. Sən 40 yaşına kimi yaşayacağına əminsənmi? Yaxud beş dəqiqədən sonra başına nə iş gələcəyini bilirsənmi?
Şair demişkən:
Çəkmə dünyanın nazını,
Sən qıl beş vaxt namazını,
“Sabah qılaram” deyənin,
Bu gün qıldıq namazını!1
Bəhanə, yoxsa araşdırma?
Deyilənlərdən mə’lum olur ki, bə’zilərində təslimçilik və bəndəlik ruhiyyəsi olmadığından dindarlıq və vəzifədən boyun qaçırmaq üçün bəhanə axtarırlar. Buna görə də araşdırma aparır, hər dini göstərişin fəlsəfəsini axtarır və özlərini ziyalı göstərirlər.
Qur’ani-Kərim belə şəxslərin Qiyamətə e’tiqadları barəsində buyurur: «Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyər və “Qiyamət günü nə vaxt olacaqdır?” - deyə soruşar. 2«)N$O@O#$R%F^N&O(T*E! 132)N$O@O#$R%E^F&N(O*T! 132
Onlar bəhanəçil uşaqlar kimidir. Bəhanələr kəsildikdə, başqa bir bəhanə axtarırlar. Bu kimi şəxslər başçı, mexanik, həkim, xarici dəblər, nəfsani vəsvəsələr və şeytani meyllər qarşısında təslimdirlər. Lakin dini göstərişlərə gəldikdə isə tədqiqatçı və müstəqil fikirli olurlar. Onlar böyük şəxsiyyətlərlə yaxın olmaq və birlikdə şəkil çəkdirməkdən fərəh hissi duyurlar. Baxmayaraq ki, onların bu işdə heç bir mənfəəti yoxdur. Təkcə bu yaxınlıq onlar üçün sevimlidir.
Sual: Insanlar üçün bu dünyada belə işlər qiymətlidirsə, onda Allaha bəndəlik və Ona ibadət etmək, həmçinin Onun hüzurunda olmaq iftixar sayılmazmı?
Dostları ilə paylaş: |