MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Pak niyyət və vicdanın tərbiyəsi



Yüklə 1,31 Mb.
səhifə36/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   32   33   34   35   36   37   38   39   ...   89
Pak niyyət və vicdanın tərbiyəsi
Oruc tutan şəxs təkcə yemək-içməkdən yox, orucu batil edən bütün işlərdən çəkinir. Əgər bir şəxs İlahi niyyətsiz oruc tutarsa, bu yalnız özünü nümayiş olar. Oruc tutarkən namaz və həccdə olduğu kimi, hansısa əməlləri yerinə yetirmək lazım gəlmir. Oruc tutan şəxs yemək və içməkdən, bu kimi bə`zi işlərdən çəkinməlidir. Bu səbəbdən də oruc insanların diqqətini az cəlb edir. Təbiidir ki, bu ibadətdə riya üçün bir o qədər də meydan yoxdur. Oruc tutanların əksəri Allahın razılığı üçün bu ibadəti yerinə yetirir. Olsun ki, elə bu səbəbdən Allah-təala oruc tutanların mükafatını Öz öhdəsinə götürür.

Orucun tərbiyəvi xüsusiyyətlərindən biri vicdanın tərbiyəsidir. Oruc - həmçinin o, ibadətlərdəndir ki, səmimi, pak niyyətlə və dini vicdanın dalınca getməklə həyata keçir. Onda riyakarlıq, batil düşmənçiliklər azlıq təşkil edir. Oruc - səbir, haramlardan özünü saxlama və pəhrizkarlıqdır. Kim ki, pak niyyət, Allahın əmrlərinə itaətə sevgi göstərməsə və vicdanın çağırışına cavab verməsə, özünü günahlardan çəkindirməmişdir və pərhizkar deyildir. Buna görə xəlvətdə yemək və içməkdən pəhriz etməyəcəkdir. Bəlkə də, insanların arasında yeməkdən çəkinər, amma gizlində orucunu yeyəcəkdir.

Şübhəsiz, kimsə insanların arasında aşkar və ya gizli pəhrizkarlıq edər, oruc tutarsa, təmiz və səmimi niyyətlidir və onun itaəti həqiqidir.
Niyyətdir yaşadan ibadətləri,

Incisiz sədəfin nədir dəyəri?



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin