MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Orucun sağlamlığa tə`siri



Yüklə 1,31 Mb.
səhifə39/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   35   36   37   38   39   40   41   42   ...   89
Orucun sağlamlığa tə`siri

Orucun insanın sağlamlığına böyük tə`siri var. Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “Oruc tutun, sağlam olun.”2 Bu hədisdən uzun əsrlər keçməsinə baxmayaraq həkimlər indi də bir sıra xəstələri oruc tutmaqla müalicə edirlər. )N$O@O#$R%F^N&O(T*E! 184)N$O@O#$R%E^F&N(O*T! 184



Bir çox xəstəliklərin səbəbi çox və cürbəcür yeməkdir. Normadan artıq qida bədənə sovrulmur, artıq piylər şəklində orqanizmin müxtəlif nöqtələrində toplanır. Beləliklə, insanda piylənmə gedir, qanda şəkərin miqdarı artır. Artıq qidalanma orqanizmdə müxtəlif mikrobların, xəstəliklərin yaranmasına səbəb olur. Bütün bu hallarla ən yaxşı mübarizə üsulu çox yeməkdən çəkinmək və oruc tutmaqdır. Oruc insan orqanizmindəki artıq maddələri təmizləyir, bədənə təravət verir. Bədəndəki həzm orqanları ömür boyu işləyən ən əhəmiyyətli orqanlardır. Oruc tutan insan bu orqanlara istirahət verir. Əlbəttə ki, oruc tutan şəxs axşam orucunu açarkən, eləcə də o başdan yeyərkən hədd gözləsə, orucdan faydalanır. Əks təqdirdə oruc faydasız ola bilər.

Mə`sumların buyuruqlarını nəzərdən keçirdikdə bu ibadətin insanın fiziki və mə`nəvi sağlamlığında böyük tə`sirə malik olduğu aydınlaşır:

1. Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) nəql edir ki, Allah-təala buyurdu: “Oruc Mənim üçündür və Mən özüm onun mükafatını verərəm.”1 )N$O@O#$R%E^F&N(O*T! 175

2. Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “Oruc cəhənnəm odu qarşısında sipərdir.”2 )N$O@O#$R%F^N&O(T*E! 176)N$O@O#$R%E^F&N(O*T! 176

3. İmam Sadiq (ələyhissəlam) buyurur: “Oruc tutanın yuxusu ibadət, susması Allaha təsbih, əməlləri və duaları Allah dərgahında qə`buldur.”3 )N$O@O#$R%E^F&N(O*T! 177

4. İmam Sadiq (ələyhissəlam) başqa bir rəvayətdə buyurur: “Isti və yandırıcı havada oruc tutmaq böyük cihaddır.”4 )N$O@O#$R%F^N&O(T*E! 178)N$O@O#$R%E^F&N(O*T! 178

5. Xanım Məryəmin vəfatı barədəki hədisdə deyilir: “Həzrət Isa (ələyhissəlam) anasını dəfn etdikdən sonra onu çağırdı: “Ey ana! Dünyaya qayıtmaq istəyirsənmi?” Xanım Məryəm cavab verdi: “Bəli, iki iş üçün qayıtmaq istəyirəm: çox soyuq gecələrdə Allaha ibadət və çox isti günlərdə oruc tutmaq üçün. Ey oğlum! Yol çox təhlükəli, qorxuludur!”1



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin