Mən nə üçün oruc tutmalıyam?
1-Çünki, bu – mənim Yaradanımın mənə buyuruğudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2-Çünki, bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3-Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədənimin həzm prosesindən tam dincəlməsi orqanizmin tam bərpasına xidmət edir.
4-Çünki, oruc mənim vücudumu və iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi şəraitdə belə, digər vaxtlarda mənə halal olan ne`mətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.
5-Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram. O kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.
6-Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.
7-Çünki, oruc məni başlıca məqsədimə-Allaha və kamil insan olmaq məqamına yaxınlaşdırır.
Dostları ilə paylaş: |