MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Dinin yayılmasında şəriklik



Yüklə 1,31 Mb.
səhifə52/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   48   49   50   51   52   53   54   55   ...   89
5. Dinin yayılmasında şəriklik:

Bildiyimiz kimi, bütün işlərin həyata keçməsi üçün maddi dəstəyə ehtiyac var. Maddi dəstək olmadan hansısa işi gerçəkləşdirmək mümkün deyil. Müqəddəs İslam dini ümumbəşəri bir dindir. Demək, İslamın dünyaya yayılması üçün maddi dəstəyə ehtiyac var. İslamın ümumbəşəri məqsədlərini həyata keçirmək üçün bu dəstək zəruridir. Qur`ani-Kərimin bir çox ayələrində bildirilir ki, müqəddəs İslam dinini təbliğ edib yaymaq Həzrət Məhəmmədin (salləllahu ələyhi və əlihi və səlləm) öhdəsinə düşmüş bir vəzifədir. Və ona özünə canişin seçmək təklif olunur. Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) İlahi vəhy əsasında pak İmamları (ələyhissəlam) özünə canişin seçir. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) və mə`sum İmamların (ələyhissəlam) dini yetərincə təbliğ edə bilməsi üçün Allah-təala xümsü maddi dəstək qərar vermişdir. Demək, xüms ödəyən insan dinin təbliğinə kömək etməklə onun yayılmasına şərik olur. Tarixdə oxuyuruq: İmam Rizanın (ələyhissəlam) yaxınlarından sayılan Iran tacirlərindən biri Həzrətə (ələyhissəlam) məktub yazdı və ödəyəcəyi xümsün ona bağışlanmasını xahiş etdi. Həzrət (ələyhissəlam) bu şəxsin cavabında buyurdu: “Rəhman və Rəhim Allahın adı ilə. Həqiqətən, Allah Vüs`ət verən və Kərimdir. Yaxşı əməllərin əvəzində savab, pis əməllərin əvəzində əzab verir. Allahın halal etmədiyi mal halal olmaz. Xüms dinə, əhli-əyala və xidmətçilərimizə köməkdir. Biz abır-həyamızı qorumaq üçün ondan bağışlayır, xərcləyirik. Bizə xümsü əsirgəməyin və özünüzü bizim dualarımızdan məhrum qoymayın. Qüdrət tapmağımıza səbəb olan şeyi (xümsü) malınızdan ayırmaqla ruziniz üçün açar əldə edir, günahlarınızı yuyur, möhtac olacağınız gün üçün azuqə yığırsınız. Müsəlman Allahla bağladığı əhdə vəfa qılır. Müsəlman o şəxs deyil ki, dili ilə cavab verib qəlbində müxalif ola.”1

Bəli, xüms mə`sumlar (ələyhimussəlam) üçün maddi dəstəkdir, onlar xüms vasitəsi ilə dini yayır. Əgər bu işə şərik olsaq, onun mə`nəvi savabından da bəhrələnərik.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin