Bir şübhəyə cavab Bə`ziləri belə düşünə bilər ki, xümsün bir hissəsinin seyyidlərə ayrılması bir növ ayrı seçkilikdir. Cavab olaraq deməliyik ki, uyğun hissə yalnız ehtiyaclı seyyidlərə xərclənir. Bundan əlavə onlara yalnız bir illik ehtiyacı verilə bilər. Demək, həmin hissədən yalnız iqtisadi çətinliyə düşmüş yoxsul, yetim uşaqlar faydalana bilir. Bundan əlavə, seyyid olmayan ehtiyaclılar öz ehtiyacını zəkatdan ödəyə bilər. Unutmamalıyıq ki, yoxsul seyyidlərin zəkatdan istifadə etmək hüququ yoxdur. Zəkat cəmiyyətin ümumi büdcəsi sayılır. Belə görünə bilərdi ki, seyyidlərin zəkatdan məhrum edilməsi də onlara qarşı ayrı seçkilikdir. Amma İslam qanunlarında bütün təbəqələr nəzərdə tutulmuşdur. Seyyidlər xümsdən, seyyid olmayanlar zəkatdan pay alır. Seyyidlərin zəkatdan məhrum edilməsinin səbəbi ayrıseçkilik yox, bir imtiyazdır. Seyyidlər müəyyən məsləhətlər əsasında ümumi büdcədən istifadə edə bilməzlər.