MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Seyyidlik nə vaxtdan başlamışdır?



Yüklə 1,31 Mb.
səhifə55/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   51   52   53   54   55   56   57   58   ...   89
Seyyidlik nə vaxtdan başlamışdır?

)N$O@O#$R%F^N&O(T*E!

Çoxlarını düşündürən - Seyyidlik nə vaxtdan başlamışdır? - sualına cavab vermək istərdik: Seyyidlik-Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) nəslində mövcud olan mə`nəvi bir şərəfdir. Onun nəslindən olan bu insanlara xüsusi hörmət göstərilir. Bu ehtiramın əsasını, şübhəsiz ki, həmin insanların Peyğəmbərlə (salləllahu ələyhi və əlihi və səlləm) qohumluq əlaqəsi təşkil edir. “Seyyid” ərəbcədən tərcümədə “ağa” deməkdir. Bu kəlmə Peyğəbər və İmamların (ələyhimussəlam) buyuruqlarında da işlədilmişdir.

Amma belə bir titul, seyyid olan şəxsə icazə vermir ki, İslam qanunlarını pozsun və özünü qanunlara münasibətdə başqalarından üstün saysın. Çünki Qur`an buyurur:

»Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhrizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır.» 1

Bu mübarək ayədə Allah-təala insanın pulunu, var-dövlətini, məqamını, gözəlliyini və s. deyil, əksinə onun pəhrizkarlığını (yə`ni, Allaha olan itaətini, haramlardan çəkinib vacibləri yerinə yetirən şəxsi) üstün tutur.

Bunu da qeyd etmək lazımdır ki, Allah-təala əməlləri yalnız təqvalı insanlardan qə`bul edəcəkdir. Yə`ni, hər kəs vacibləri yerinə yetirib haramlardan çəkinməsə, özünü qınamalıdır.

Qur`an buyurur: «Həqiqətən Allah yalnız təqvalılardan qə`bul edir.»1

Buna görə də Allaha itaəti olmayan seyyidlər bilsinlər ki, istər Peyğəmbərin həyat yoldaşı, istər övladı, istərsə də əmisi və onun həyat yoldaşı belə Allah-təalanın əmrlərinə itaət etməsə, Axirətdə əbədi əzab içində olacaqlar.

Düşünək: “Əgər Peyğəmbərin əmisi, yaxud həyat yoldaşı yaxud da oğlu əzaba düçar olub əbədi Cəhənnəmdə yanacaqlarsa, onda görəsən, ibadət etməyən adi insanların aqibəti necə olacaq?!”

Deyilənlərdən nəticə çıxarmaq üçün Qur`ani-Kərimdən bir neçə ayəni zikr edirik:

1-»Allah kafirlər üçün Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir. Onlar bizim saleh bəndələrimizin (Nuh və Lutun) nigahında idi və hər ikisi onlara (Nuh və Luta) xəyanət etdi. Onlar (Nuh və Lut) öz həyat yoldaşlarından əzabı uzaqlaşdıra bilmədi. Onlara deyildi: “Başqaları ilə atəşə daxil olun!»2

2-»Nuh Pərvərdigarına dedi: Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sənin və`dən haqdır və Sən ən yaxşı hökm edənsən.” (Allah) buyurdu: “Ey Nuh, həqiqətdə onun əməli düz olmadığı üçün sənin ailəndən deyil. Buna görə də bilmədiyin bir şeyi Məndən bir daha istəmə. 1«

3-»Bağışlayan və mehriban Allahın adıilə. Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona! Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır. Və onun odun daşıyan həyat yoldaşı da (Cəhənnəm oduna girəcəkdir). Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq “Zəqqum” ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)»2

Əslində seyyidliyin kökü Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) və Onun Əhli-beytinin (ələyhimussəlam) əzəmətidir. Onlar öz uca şəxsiyyətləri sayəsində ağa, seyyid olmuşlar. Bu şəxsiyyət ucalığı Həzrət Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) babası Haşimdən gəlir. Onun övladları da bu yolla iftixar qazanmışlar.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin