MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə57/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   53   54   55   56   57   58   59   60   ...   89
Zəkatın sərf olunması
Zəkat aşağıdakı ünvanlara xərclənir:

1. Yoxsullar; özünün və himayəsində olanların illik xərcini və ya illik xərcinin bir hissəsini ödəyə bilməyən şəxs yoxsul sayılır;

2. Miskinlər; maddi durumu yoxsuldan da aşağı olanlar miskin sayılır;

3. Zəkat veriləcəyi təqdirdə İslama meyl göstərəcək, savaşlarda müsəlmanlara yardım edəcək kafirlər;

4. Qul alıb azad etmək; hazırkı dövrümüzdə bu işi görmək mümkün deyil;

5. Borcunu verə bilməyənin borcunu ödəmək; bir şərtlə ki, həmin pul günaha xərclənməsin;

6. Cəmiyyətin ümumi mənafeyinə faydalı işlərə, İslamın güclənməsinə, Allah yolunda xərcləmək; məsələn, məscid, məktəb, kitabxana tikmək, yol düzəltmək və s...;

7. Yolda qalmış, Vətəninə qayıtmaq üçün pulu olmayan müsafirə kömək etmək; belə insanlar “ibn Səbil” adlanır;

8. İmam və ya onun naibi tərəfindən zəkat yığmağa vəzifəli şəxslərə xərcləmək.

İslamda sədəqə və ehsan1 tə`kidlə vurğulanan bir məsələdir. Rəvayətlərdə bildirilir ki, insanın verdiyi sədəqə yoxsulun əlinə çatmamış Allahın hüzuruna təqdim olunur.2)N$O@O#$R%F^N&O(T*E! 191


İmam Baqir (ələyhissəlam) birinə sədəqə verəndə onu geri alıb qoxulayar, öpər, sonra yenidən qaytararmış.3 )N$O@O#$R%F^N&O(T*E! 193)N$O@O#$R%E^F&N(O*T! 193

Hədislərdə bildirilir ki, insan sədəqə vermək istədiyi vaxt 70 şeytan ona vəsvəsə edir. Onlar hər yolla sədəqəyə mane olmağa çalışarlar. Sədəqə verən şəxs əslində onu şeytanların cəngindən alıb, Allahın hüzuruna təqdim edər.1 )N$O@O#$R%F^N&O(T*E! 19)N$O@O#$R%E^F&N(O*T! 194

Zəkatın tərki
Qur`ani-Kərimin “Maidə” surəsinin 12-ci ayəsində zəkat ödəmək zərurətindən danışılır və bildirilir ki, günahların bağışlanması və Behiştə daxil olmaq zəkatdan asılıdır: «Əgər namazı bərpa etsəniz, zəkat ödəsəniz, mənim elçilərimə iman gətirsəniz, onlara yardım göstərsəniz, Allaha borc versəniz sizinləyəm, pis işlərinizdən keçərəm, sizi altından çaylar axan Behiştlərə daxil edərəm.»

İslamda qazanc və sərvət müqabilində verilən zəkatın xüsusi əhəmiyyəti var. Zəkat ödəməkdən boyun qaçıranlar şiddətlə məzəmmət edilir. Cəmiyyətdə ictimai ədalətin bərpa olunmasında, yoxsulluqla mübarizədə, təbəqələr arası fərqlərin azaldılmasında zəkatın əhəmiyyətli rolu var. Zəkat insanın ruhunu və canını dünyapərəstlikdən təmizləyir, onu Allaha yaxınlaşdırır.

Zəkat cəmiyyətdəki yoxsullardan qabaq sərvət sahiblərinin özünə faydalıdır. Zəkat verilməyən cəmiyyətlərdə çox keçmir ki, sosial partlayışlar baş verir və varlıların bütün sərvəti təhlükə altına düşür. İmam Sadiq (ələyhissəlam) buyurur: “Yalnız zəkat ödənmədiyindən suda və quruda sərvətlər məhv olur. Sərvətinizi zəkat verməklə sığortalayın.”1

Bəşəriyyəti narahat edən ictimai problemlərdən biri də təbəqələr arasındakı fərqdir. Dövrümüz texnoloji tərəqqi dövrü olsa da, bu ayrıseçkilik aradan qalxmamışdır, yoxsullar və varlılar təbəqəsi bir-birindən seçilməkdədir. Bə`ziləri o qədər sərvət toplamışlar ki, öz kapitallarının hesabını bilmirlər. Bə`ziləri isə bir qarın çörəyə möhtacdır və aclıqdan əziyyət çəkir. Onlar üçün sadə məskən, sadə libas və sadə qidalar əlçatmazdır. Şübhəsiz ki, belə bir cəmiyyət heç vaxt həqiqi səadətin ləzzətini dada bilməz. Bu böyük problemlə mübarizə yollarından biri yoxsullara və ehtiyaclılara yardım göstərilməsi, ehsan edilməsidir. )N$O@O#$R%E^F&N(O*T! 238

Zəkat barəsində bə`zi hədisləri nəzərdən keçirək:

1. İmam Sadiq (ələyhissəlam) buyurur: “Oğrular üç növ olur: Zəkata mane olanlar, qadınların mehriyyəsini halal sayanlar, qaytarmaq məqsədi olmadan borc alanlar.”2 )N$O@O#$R%E^F&N(O*T! 239

2. Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Üç dəstənin namazı qə`bul olmaz. Onlardan bir dəstəsi zəkat ödəməkdən boyun qaçıranlardır.”3 )N$O@O#$R%E^F&N(O*T! 240

3. İmam Sadiq (ələyhissəlam) buyurur: “Zəkat ödənməyən halda yoxsulluq və ehtiyac üzə çıxacaq.”1 )N$O@O#$R%E^F&N(O*T! 241

5. Həzrət Əli (ələyhissəlam) buyurur: “Qur`anda “Maun” dedikdə, vacib zəkat nəzərdə tutulmuşdur. Zəkat ödəməkdən boyun qaçıran insan sələmçi kimidir. Malının zəkatını ödəməyən müsəlman deyil.”2

6. İmam Sadiq (ələyhissəlam) buyurur: “Vacib zəkatdan saxlayan kəs mö`min və müsəlman deyil. (Ölümündən sonra deyər) Pərvərdigara, məni həyata qaytar ki, saleh işlər görüm.”3




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin