Allahı tanımağın insana
olan tə`sirləri
Allahı tanımaq insan həyatına aşağıdakı müsbət tə`sirləri göstərir:
1-Elmin inkişafı
Təsəvvür edin ki, bir dostunuz səfərdən gəlib və sizin üçün bir kitab hədiyyə gətirmişdir. O, bu kitabın çox gözəl və maraqlı olduğunu bildirir. Kitabın gözəlliyinin səbəbini soruşduqda deyir ki, bunun müəllifi çox diqqətli, mahir, təcrübəli, bilikli və öz ixtisasında usta bir şəxsiyyətdir. Şübhəsiz ki, belə bir kitabı siz üzündən oxuyub keçməyəcəksiniz. Əksinə, onun bütün ifadə, cümlə, hətta kəlmələrinə diqqət edəcəksiniz. Bir cümləsini başa düşmədikdə neçə saat, bəlkə də neçə gün ona vaxt sərf etməklə o cümlənin mə`na və məfhumunu başa düşmək istəyəcəksiniz. Bunun səbəbi nədir?! Səbəbi də budur ki, o kitabın müəllifi adi şəxs deyil. Əksinə, o müəllif böyük bir alimdir. Hər kəlməsində belə hikmətlər vardır.
Lakin sizə desələr ki, bu kitabın üzü, cildi qəşəng olsa da, müəllifi savadsız bir bir insandır, yəqin ki, o kitabı yalnız üzündən oxuyub keçəcəksiniz. Başa düşmədiyiniz yerdə də - “bu da müəllifin savadsızlığı üzündəndir”-deyəcəksiniz. Insanın bu cür kitabın üzərində
vaxt sərf etməsi heyfdir.
Bu dünya da böyük bir kitaba bənzəyir. Onda olan hər bir məxluqat bir kəlmə, yaxud bir cümlə təşkil edir. Mö`min bir şəxsin nəzərində bu dünyada olan bütün məxluqatın hamısı hikmət üzündəndir. Mö`min olan şəxs Allahı tanımağın sayəsində xüsusi və fövqəladə bir diqqətlə dünya məxluqatının hikmət və sirrini öyrənməyə çalışır. Məhz bu məsələ elmin inkişafında böyük rol oynayır. Səbəbi də budur ki, o, bilir ki, bu məxluqatı yaradanın tükənməz elm və qüdrəti vardır. Buna görə də bu hikmət, sirr və fəlsəfəni tapmaq üçün daha dəqiq və daha güclü mütaliələr edir, axtarışlar aparır. Nəticədə isə elmi naliyyətlər əldə etmiş olur.
Ateist bir şəxs isə bu barədə heç bir mütaliə etmir. Çünki o, bunları yaradanı şüursuz təbiət bilir. Bə`zi materialist alimlərin elm kəşf edənlər sırasına qoşulmasının səbəbi budur ki, onlar Allahı qə`bul edir, lakin bu Allahı “təbiət” adlandırır və təbiətin “Allah” olduğunu iddia edirlər. Bunun səbəbi isə, materialistlərin təbiət üçün nizam-intizam, hesab və proqram iddia etməsidir. Qısa sözlə desək, Allahı tanımaq elmin inkişafına səbəb olur.
Dostları ilə paylaş: |