6-Cihad: Hər hansı bir ölkə tərəfindən müsəlmanlara hücum olunduğu təqdirdə, müsəlmanın canı, malı, namusu, dini və Vətəni təhlükəyə düşərsə, onları müdafiə etmək vacibdir.
Qur`an buyurur: «Ağırlı və yüngüllü halda hamınız cihada qalxıb malınız və canınızla Allah yolunda vuruşun! Əgər bilsəniz, bu sizin üçün daha çox xeyirlidir!»1
Cihad - İslamı zor gücü ilə başqalarına aşılamaq deyil. Cihad - İslamla insanlar arasında yaradılan maneləri aradan qaldırmaqdır. Cihad vasitəsi ilə İslamın yayılmasının qarşısını alan hər bir maneə aradan götürülür və bu zaman insanlara İslamı seçmək və ya seçməmək azadlığı verilir.
Qur`ani-Kərimdə “Kim Allahı qə`bul eləməsə, onu öldürün” - deyə bir ayə yoxdur. Ümumilikdə cihad ayələrində deyilir: Sizinlə vuruşan və sizi öldürmək istəyən şəxslərə qarşı cihad edin!
Allah-təala hətta düşmənlərin hüquqlarını qorumaq əmrini belə verir. Əl-Bəqərə surəsinin 190-cı ayəsində buyurulur: «Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin, ağacları qırmayın və s.). Allah həddi aşanları sevmir.»
Bu ayədən belə mə`lum olur ki, əgər bir nəfər sualını bildirmək və təhqiq etmək məqsədi ilə müsəlmanların yanına gəlsə, lakin yenə də İslamı qə`bul etməyib, müsəlman olmasa belə, tüəhlükəsizliyi qorunmalı və sağ-salamat halda qaytarılmalı və heç kəs də ona e`tiraz etməməlidir.
İslam əmr edir: “Ey Vətən, din, namus uğrunda vuruşan döyüşçülər! Düşmən torpaqlarına daxil olduğunuz zaman uşaqlara, qadınlara, qocalara, xəstələrə toxunmayın! Evləri dağıtmayın, ağacları qırmayın və s...!
Rəvayətlərdə ciddi diqqət yetirilmiş mövzulardan biri İslam məmləkətinin sərhədlərini qorumaqdır. Sərhədçinin ən böyük işi odur ki, düşmənin ayağı İslam torpağına dəyməsin. İmam Səccad (ələyhissəlam) öz dualarında məmləkətin sərhədləri üçün dua edir.
Cihad behişt qapılarındandır. Allah-taala “Əl-Adiyat” surəsinin ilk ayələrində mücahidlərin atlarının nəfəsinə (tövşüməsinə), onların ayağından qalxan toza and içir. Öz haqları və namusu yolunda zalımlar və təcavüzkarlar qarşısında dayanmış millətlər bu yolda əzizlərini qurban verərək azadlıqlarını qoruyur və gələcək nəsillər tərəfindən sevilirlər. Amma xoş güzaran, ötəri ləzzətlər səbəbindən cihaddan boyun qaçıranlar və zillət libası geyənlər isə tədrici ölümə düçar olur, gələcək nəsillər tərəfindən məzəmmət edilirlər.
Qur`ani-Kərimdə buyurulur: «Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər.»1 )N$O@O#$R%E^F&N(O*T! 207
Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) “Cihad edin ki, övladlarınıza şərəf və əzəmət miras qoyasınız.”2)N$O@O#$R%F^N&O(T*E! 20)N$O@O#$R%E^F&N(O*T! 208
Allah-təala Vətən, din yolunda canını fəda edənləri yüksək qiymətləndirir. Belə ki, Qur`an buyurur: «Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.»3
Unutmamalıyıq ki, bu gün İslam düşmənləri ilə mübarizə təkcə hərb sahəsinə aid deyil. İslamı əzəmətləndirən istənilən bir iqtisadi, elmi, ideoloji, siyasi təlaş - cihad sayılır. Ən önəmlisi İslamın müqəddəs məqsədlərini həyata keçirməkdir. Əl-ələ verərək biganələrin məkrli planlarını puça çıxarmaq hər bir müsəlmana vacibdir. Düşmənlərin İslam məmləkətlərinə uzanmış çirkin əlləri hər yolla kəsilməlidir.
Dostları ilə paylaş: |