Əmr be mə`ruf və
nəhy əz munkərin şərtləri
1. Bu vəzifəni yerinə yetirmək istəyən insan “mə`ruf” və “munkəri” bir-birindən seçə bilməlidir. Nəyin yaxşı, nəyin pis olduğunu bilməyən şəxs uyğun vəzifəni yerinə yetirə bilməz.
2. Ehtimal olunmalıdır ki, əmr və qadağanın tə`siri olacaq. Əgər deyilən sözlərin tə`sirsiz qalacağı mə`lumdursa, bu vəzifə vacib deyil.
Şoranlıq torpaqda sünbül cücərməz,
Toxumu zay etmə, başqa bir yer gəz!
3. Bu vəzifənin yerinə yetirilməsi daha böyük fəsad yaratmamalıdır. Əgər insan bilərsə və ya ehtimal edərsə ki, bu vəzifəni yerinə yetirməsi onun və başqalarının canı, şəxsiyyəti və malı üçün ciddi zərərə səbəb olacaq, belə bir halda əmr və qadağa haramdır.
4. Əgər əmr be mə`ruf və nəhy əz munkər etmək istəyən insandan öncə kimsə bu işi görmüşsə və nəticə alınmışsa, əmr və qadağa vacib olmur. Başqaları onu yerinə yetirdiyi vaxt bu vəzifə insanın öhdəsindən götürülür.
Məndən qabaq demişlərsə bir sözü,
Qarışmağım yersiz olardı düzü.
Korun qarşısına çıxarsa quyu,
Mən görürkən kim çəkməli harayı?!
Dostları ilə paylaş: |