MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Xurafatın əsirlik zəncirləri



Yüklə 1,31 Mb.
səhifə75/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   71   72   73   74   75   76   77   78   ...   89
Xurafatın əsirlik zəncirləri
Bundan məqsəd, əsirləri bağlayan dəmir-polad zəncirlər deyil, ərəblərin bağlandıqları xurafi əqidə və batil e`tiqadlarıdır. Bu batil əqidələr, dərəcə e`tibarı ilə, dəmirdən hazırlanmış əsarət zəncirlərindən daha ziyanlı və yolxucu idi. Çünki dəmir zəncirlər bir gün, nəhayət açılıb qopacaq. Amma xurafi fikir və əqidələri aradan götürmək, batil etmək asan iş deyil. Hər kəs bu çətin işin öhdəsindən gələ bilməz. Buna görə də, Allah-təala camaatı bu əsarət zəncirlərindən azad etmək üçün xüsusi bəndələrini Peyğəmbər olaraq seçib. Onlar da mükəmməl şəkildə öz vəzifələrini yerinə yetirib, həqiqi azadlığı bəşəriyyət üçün sovqat gətiriblər. Həkim Calinus Həzrət Isa ibn Məryəmin (ələyhissəlam) hüzuruna göndərdiyi məktubda yazır: “Bədənlərin həkimindən ruhların həkiminə!”2

Bəli! İlahi Peyğəmbərlər (ələyhimussəlam) ruhların dini rəhbərləri, həkimləridirlər. Həkim olan Allah bütün Peyğəmbərləri (ələyhimussəlam) insanların ruhunun ağrı və xəstəliyinin müalicəsi üçün göndərmiş, bu təhlükəli və ağır məs`uliyyəti Onların öhdəsinə qoymuşdur.

Qur`an buyurur: «Peyğəmbər, onların belində olan ağır yükü götürmək və əl-ayaqlarına bağlanmış zəncirləri açmaq üçün məb`us1 olundu.» 2

İslam əql və məntiq dinidir! Qur`anda ağıla zidd bir mətləb yoxdur. O, bir Kitabdır ki, onda ağıl ilə uyğunlaşmayan və zidd heç bir yazı yoxdur. Qur`anda olanlar, ya ağıla uyğundur, ya da ağılın fövqündədir3.

Mövhumat və xurafi fikirlər, eləcə də qondarma adət-ən`ənələr özünə dini don geyib bütün imanlı şəxslərin fikir və əməllərinə kölgə salır, onun zərərli tə`sirləri isə fərdin ictimai-sosial həyatında özünü göstərir. Bu xurafi əməllər zaman keçdikcə camaat arasında bir adət kimi formalaşır, dinin həqiqi mahiyyətini dəyişir. Xurafat və qondarma adətlər çoxaldıqca, dində şəkk yaranır, insanların dinə olan saf imanı zəifləyir.

Dinin adına deyilən xurafi və qondarma adət-ən`ənələrin yayılmasının mənfi tə`sirləri İslam ümmətini azdıra biləcək qədər böyükdür.

Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və əlihi və səlləm) İslamın zəifləməsi, müsəlmanların dağılması və yox olması səbəbləri haqqında buyurur: “Müsəlmanların həlak olmasının biri “tayfa və qəbilə təəssübkeşliyi”, o biri isə “yalan rəvayətlər”dir.” 1

Xurafi və səhv adət-ən`ənələrin yaranıb qə`bul olunmasında müxtəlif amillər (səbəblər) rol oynayır. Bə`zi nümunələrə işarə edirik:

1-Cahillik və nadanlıq

Nadanlıq və cəhalət, xurafatın yayılıb genişlənməsində ən əsas və mühüm səbəblərdəndir. Onun keçmişdə və hal-hazırkı əsl kökünü bunda axtarmaq lazımdır. Əsl problem də budur ki, nadanlıq və cəhalətin dərmanı asan olmamış və hətta bə`zən Peyğəmbərləri aciz və çarəsiz etmişdir. Ondan böyük müşkül və xəstəlik varmı?!

Rəvayətdə deyilib ki, Həzrət Isanı (ələyhissəlam) qaçan halda görürlər və soruşurlar:

-“Nədən qaçırsınız?”

-Buyurur:

-“Cahildən!”

-“Siz ki, öz İlahi nəfəsinizlə ölünü dirildib ona yenidən həyat bağışlayırsınız, amma cəhl və nadanlığına çarə edə bilmirsiniz?!”

-“Düzdür, ona çarə edə bilmirəm. Ondan xilas olmaq üçün qaçıram. Axmaq və nadana çarə tapmaq üçün çalışdım, amma onun dərdinə dərman tapa bilmədim.” 2

2-Kor-koranə və əsassız təqlidlər

Bə`zən xurafat elə şəkildə yayılır ki, guya şəxs ona əməl etməsə günah etmiş olur. Sanki buna görə onu təhlükə və zərər gözləyir. Məsələn, bə`zi yerlərdə qurbanlıq qanının təzə avtomobilə tökməyi təhlükəsizlik tədbiri sayırlar. Ona əməl etməyənləri isə hər an təhlükə tə`qib edəcək və onların mütləq avtomobil qəzası keçirəcəyini sanırlar!

İslam dini və bizim səmavi kitabımız olan Qur`an, düşüncəsiz və nadan təqlidlə mübarizə aparır. Dəfələrlə bildirir ki, cəmiyyətin əksəriyyəti tərəfindən qə`bul olunan bir əməl, onun doğruluğunu göstərən səbəb deyil. Bə`zən cəmiyyətin əksəriyyəti səhv yol tutur. Bizim də qoşulub onların arxasınca getməyimiz böyük səhvdir!1 Elə götürək, ibadət məsələsini! Müasir dövrümüzdə bir çoxları Allaha ibadət etməyi xurafat sayır və bunu özlərinə sığışdırmaq istəmirlər. Onlar, necə deyərlər, min bir bəhanə gətirərək ibadəti geridə qalan bir əməl hesab etməklə yanaşı, cəmiyyət arasında bu fikri cəsarətlə yayırlar.

Onlardan soruşuruq: “Əgər doğrudan da Allaha ibadət etmək xurafat, yaxud alçaqlıq sayılırsa, onda nə üçün dünyanın ən şərəfli insanları (Peyğəmbərlər, İmamlar) ömürlərinin axırına kimi Allaha ibadət etmişlər?!”

Yaxud, bə`ziləri kor-koranə ata-babalarının qoyduğu adət-ən`ənələrdən əl çəkə bilmir və hətta bunları düzgün hesab edirlər. Misal olaraq, toyda qadınların naməhrəm kişilərin qarşısında rəqs etməsi, novruz bayramında yumurta döyüşdürmək və qızların qapı arxasından yad bir evə qulaq asması və s. Əlbətdə ki, din belə əməlləri qadağan edir. Bu barədə Qur`andan bə`zi ayələri qeyd edirik:

«Əksinə, onlar dedilər: “Həqiqətən biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq.” Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (Peyğəmbər) göndərdiksə, onların naz-ne`mət içində olanları dedilər: “Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik.”»1

«Dedilər: “Sən bizim yanımıza gəlmisən ki, biz yalnız Allaha ibadət edək və atalarımızın ibadət etdiklərini boşlayaq? Onda əgər doğruçulardansansa, və`d etdiyini (İlahi əzabı) gətir!” Dedi: “Şübhəsiz, artıq Rəbbiniz tərəfindən sizin üçün bir əzab və qəzəb qərara alınmışdır. Özünüz və atalarınızın qoyduqlarınız və Allahın, (haqq olması) barəsində heç bir dəlil-sübut nazil etmədiyi adlar barəsində mənimlə mübahisə edir və höcətləşirsiniz? Belə isə, (əzabı) gözləyin ki, mən də mütləq sizinlə gözləyənlərdənəm”»2

«Onlar pis bir iş gördükləri zaman “atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir” deyərlər. De: “Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!”»1

«Onlara deyildikdə ki: “Allahın nazil etdiyinə (Kitabına və dini qayda-qanunlarına) tabe olun”, deyərlər: “(Xeyr,) biz atalarımızdan gördüyümüzə tabe oluruq!” Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf də`vət edirsə, necə?! (Yenədəmi onlara tabe olarlar?!»2


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin