Allahın rəhmətindən ümidini üzmək
Başqa bir qrup Allahdan naümid olur və deyirlər: “Mənim o qədər günahım var ki, bağışlanmağıma inanmağım gəlmir.” Onlardan soruşuruq: “Allahın rəhməti çoxdur, yoxsa, sənin günahların?”
Belələri çox təhlükəli bir vəziyyətdədir və nə qədər gec deyil, necə deyərlər, “tövbə qapısı açıqdır.”
Bu barədə Qur`an buyurur: «...Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz.»2
Bir sözlə insan Allahın rəhmətindən naümid olmamalı, Allahın rəhmətinə ümid bəsləməli və etdiyi günahlardan peşman olub tövbə etməlidir.
Qur`ani-Kərim bu barədə belə buyurur: «Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayan və rəhm edəndir.»3
Dostları ilə paylaş: |