MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə14/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   10   11   12   13   14   15   16   17   ...   89
Ən böyük mö`cüzə
Qur`an əbədidir. Kimsə Onun sirlərinin nəhayətinə çatmaq gücündə deyil. Bu ilahi Kitabda hər kəsin faydalana biləcəyi bitib tükənməyən mə`nalar var.

Qur`an son səmavi müjdədir. O, yalnız bir Kitab deyil, həm də Peyğəmbərin (sal­ləllahu ələyhi və əlihi və səlləm) peyğəmbərliyini isbat edən bir nişanə və ən üstün mö`cüzədir. Elə buna görə də Qur`anın mö`cüzəliyi İslamın erkən çağlarından müsəlman və qeyri-müsəlmanların diqqətini cəlb etmişdir. Onun e`cazkarlığı dərin məzmun, elmi nöqtələr, qeybdən verilən xəbərlər və s. kimi fərqli yönlərə malikdir.

Əgər biz dünyanın bütün nöqtələrində olan kitablara müraciət etsək, Qur`ana tay heç bir kitab tapa bilmərik.

Qur`an Özünün mö`cüzə olduğunu iddia edərək belə buyurur: «De: Şübhəsiz, əgər insan və cin tayfası bu Qur`anın (kəlmə və mə`na baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır).»1

Həqiqətən də indiyə kimi heç bir canlı Qur`anın bənzərini gətirə bilməmişdir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin