MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə15/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   11   12   13   14   15   16   17   18   ...   89
Bir neçə hədis
)N$O@O#$R%F^N&O(T*E! 55

Peyğəmbərimiz (salləllahu ələyhi və əlihi və səlləm) Qur`an barəsində buyurur:

-“Allah bütün varlıqlardan üstün olduğu kimi, Qur`an da digər kəlamlardan üstün və fəzilətlidir.”

-“Qur`an elə bir sərvətdir ki, nə ondan artıq sərvət var, nə də ondan sonra yoxsulluq.”

-“Ən doğru söz, ən mötəbər kəlam, hikmətli nəsihətlər və ən gözəl əhvalatlar Allahın kitabındandır.”

-“Dəmir pas atdığı kimi, qəlblər də daşlaşaraq məhv olur. Bundan yaxa qurtarmaq istəyirsinizsə, Qur`an oxuyun və ölümü xatırlayın!”1

Qur`ani-Kərimi oxumaq, onu öyrənib və öyrətmək İslam dinində mühüm işlərdən hesab olunur. Bu barədə iki hədisi diqqətinizə çatdırırıq:

İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurub: “Sizlərin ən yaxşısı o kəsdir ki, Qur`anı öyrənə və (onu başqasına) öyrədə.”

Başqa bir hədisdə O, Salmana tövsiyə edərək belə buyurur: “Ey Salman, Qur`an oxumağı sənə tövsiyə edirəm, çünki Qur`an oxumaq günahların kəffarəsidir (yə`ni günahları yuyub aparır).”

Elə buna görə də Qur`ani-Kərimi yalnız yas məclislərinə, qəbristan əhlinə aid etmək və yaxud büküb evlərdə qoymaq yox, əksinə onu oxuyub, göstərişlərinə əməl etmək vacibdir.

İmam Əli (ələyhissəlam) buyurur: “Övladın atanın üzərində olan haqqı ona gözəl ad qoymaq, düzgün tərbiyə etmək və Qur`an öyrətməkdən ibarətdir.”1

«Həqiqətən öyüd verən bu Qur`an onlara gələn zaman onu inkar edənlər (odda olacaqlar). Doğrudan da bu (Qur`an) möhkəm və məğlubedilməz bir kitabdır. Ona nə qarşısından, nə də arxasından batil yol tapa bilməz (onun hökm və tə`limlərində, həmçinin keçmiş və gələcək barəsindəki xəbərlərində heç bir yanlışlıq ola bilməz). O, hikmət sahibi və şükrə tə`rifə layiq olan (bütün işləri bəyənilən) Allah tərəfindən nazil edilmişdir.» 2

Ey ziyalı həmdərdim, müsəlman həmdinim, hörmətli həmvətənim!

Bizim məs`uliyyətimiz eynidir! Düşmən bizi məhv etmək üçün hansı yolu seçib? O, bizi dinimizdən uzaqlaşdırmaq fikrindədir. Əgər bizi bədbəxt etmək üçün bu yolu seçmişlərsə, demək, biz də xoşbəxt olmaq üçün həmin yolu getməliyik. Bəli, düşmənin uzaqlaşdırdığı yola qayıtmaq!

Qur`anı qəbristanlıqdan çıxarıb, dirilər üçün həyata qaytarmaq! Allahın kitabını rəflərdən endirib, sinif otaqlarına aparmaq!

Düşmən Qur`anı məhv edə bilməyib. Lakin Onu bağlı saxlamağı bacarıb. Onu açmaq, oxumaq lazımdır!

O günü görəcəyikmi ki, məktəblərdə Qur`an da bir dərslik olsun? O günü görəcəyikmi ki, alimlik dərəcəsi almaq üçün Qur`anı oxumaq zəruri olsun?

Əgər Qur`anı həyatımıza, dinimizə qaytarsaq, “tovhidi”, yəni Allahın birliyini yalnız inanc kimi yox, həm də ilahi bir dünya görüşü kimi dərk edərik.

Beşinci fəsil



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin