MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə20/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   16   17   18   19   20   21   22   23   ...   89
DİN İLƏ ELMİN

QARŞILIQLI MÜNASİBƏTİ
İslam dini elm və təhsilə xüsusi əhəmiyyət verir. Hər bir müsəlman dindarlıqla yanaşı ayıq, agah və mə`rifət sahibi olmalıdır. Qur`ani-Məcid qısa və mə`nalı bir cümlədə buyurur: «(Qəlbən) kor və cahil insan, görən və agah insanla birdirmi?!»1

Məşhur kimyaçı Mendeleyev öz xatirələrində yazır: “Əgər Cabir ibn Həyyanın2yazdığı kitabları oxumasaydım, kimyəvi elementlər cədvəlini aşkar edə bilməzdim.”3

İlk təhsillərini dini mədrəsədə almış Ibn Sina, Nəsrəddin Tusi, Farabi və s. tanınmış alimlər həmişə elmi nəaliyyətlərini İslam dini ilə əsaslandırmışlar. Məsələn, fəlsəfə, astronomiya, tibb, fizika və kimya elmlərini gözəl bilən Ibn Sina deyir: “Mən elmi məsələlərdə çətinliyə düşdüyüm zaman əvvəl dəstəmaz alar, sonra namaz qılar və Allahdan kömək istərdim. Nəhayətdə isə həmin elmi məsələ mənim üçün aşkar olardı.”1

Bildiyimiz kimi bə`zi elmlər dini, bə`zisi isə qeyri-dinidir. Dini elmlər dedikdə əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş olan ərəb qrammatikası, məntiq və s. nəzərdə tutulur.

Qeyri-dini elmlərə isə mühəndislik, həkimlik və s. qeyd etmək olar.

İstər dünyəvi, istərsə də dini elmləri öyrənmək vacibdir. Başqa sözlə desək, elm iki hissədən ibarətdir:

1-Bütün insanlara vacib olan elm;

2-Bə`zi insanlara vacib olan elm;

İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Vacib olan elm üçdür: “Ayətun muhkəmə” (usuluddin), “fərizətun adilə” (furuuddin) və “sunnətun qaimə” (əxlaq-yə`ni, fərdi və ictimai hüquqlar). Bunlardan başqa nə varsa, fəzilətdir.”2

Hədisdən aydın olur ki, həddi-buluğdan başlayaraq bütün insanlar dini elmləri usuluddini, furuuddini və əxlaqı) öyrənməli və ömürlərinin sonuna kimi bu üç elmdən faydalanıb ona əməl etməlidirlər. Çünki hədisdə “vacib” kəlməsi işlənibdir. Çox aydın bir məsələdir ki, Qiyamətdə Qur`anın buyuruqlarına əməl edib-etməməyimizdən sorğu-sual olunacağıq.

Lakin qeyri-dini elmləri isə bütün insanların öyrənməsi “vacib” deyil və buna görə sorğu-sual olunmayacaqlar. Bunları bə`zi insanlara öyrənmək vacibdir ki, cəmiyyətə xeyir verib, onun maddi yönümünü həll etsinlər.

Beləliklə, Qiyamətdə Allah-təala bizdən – “Nə üçün həkimliyi və ya mühəndisliyi öyrənmədin?” – deyə, soruşmayacaq. Əksinə O, bunları soruşacaqdır: “Nə üçün namaz qılmadın, xüms ödəmədin? Nə üçün zülm etdin, tərəzidə aldatdın və s.?”




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin