Məkan baxımından: Dinin bə`zi hökmlərini məxsus yerdə və ya məxsus məkanda yerinə yetirmək lazımdır. Məsələn, “həcc” kimi olan ibadət yalnız Məkkə şəhərində yerinə yetirilməlidir. Başqa şəhərdə bu ibadəti yerinə yetirmək haramdır. Deməli, həcc məsələsində Allah-təala insana məkan cəhətindən məhdudiyyət qoymuşdur.
Lakin, elm cəhətindən isə Allah-təala insana heç bir hədd qoymamışdır. Necə ki, Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Elm Çində də olmuş olsa, gedin, öyrənin!”1
Çin əhlinin müsəlman olmamasından belə bir qənaətə gəlmək olar ki, bəşəriyyət üçün faydalı istənilən bir elm və bilik dəyərlidir. Insanı kamilliyə aparan, özü və ətrafı ilə daha artıq tanışlığa yönəldən, onu Allaha yaxınlaşdıran istənilən bir elm və bilik İslamda diqqət mərkəzindədir. Çünki İslam dini bəşəriyyətin hidayəti və onun Allaha doğru hərəkəti üçün göndərilmişdir.
Bir sözlə hədisdən göründüyü kimi kafir və bütpərəst ölkəsində belə faydalı elm varsa, müsəlmanların həmin elmi öyrənməsi və xalqa mənfəət verməsi zəruridir.
Dostları ilə paylaş: |