MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə24/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   20   21   22   23   24   25   26   27   ...   89
Cins baxımından: Həmçinin bə`zi hökmlərin kişilər tərəfindən yerinə yetirilməsi vacib, qadınlar tərəfindən isə vacib deyildir. Buna misal “cihad”ı göstərmək olar. Yə`ni, Allah-təala cinsiyyət məsələsində qadınlara məhdudiyyət tə`yin edir və düşmənlə üzbəüz vuruşmağı onlara vacib bilmir.

Lakin, elm cəhətindən isə Allah-təala kişi və qadına heç bir hədd qoymur. Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) bu barədə buyurur: “Elm öyrənmək bütün müsəlman kişilərə və qadınlara vacibdir.2

Yuxarıdakı bu üç hədisdən aydın olur ki, haqq olan dinimiz bir sıra ibadi əməllərdə məhdudiyyət qoymuş, elmdə isə heç bir məhdudiyyət qoymamışdır. Və bu da elmin üstünlüyünün açıq-aşkar nümunəsidir.

Məhəmməd Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Dini elm və maarifin var-dövlətdən yeddi üstün cəhəti var: 1-Elm Peyğəmbərlərin mirasıdır, var-dövlət isə fironların.

2-Elmi bağışlayıb əta etdikcə artır, var-dövlət isə azalır.

3-Elm alimin qoruyucusudur, var-dövlət isə özü qorunmağa möhtacdır.

4-Elm kəfəndə olarkən də insana yoldaşdır, var-dövlət isə yox.

5-Var-dövlət kafirə də məxsus ola bilər, mö`minə də, lakin, elm yalnız mö`minlərə məxsusdur.

6-Alim dini məsələlərdə hamının müraciət nöqtəsidir, lakin, dövlətli isə belə deyil.

7-Elm sirat körpüsündən keçərkən sahibinə qüdrət bəxş edər, mal-dövlət isə öz sahibinin qüdrətini əlindən alar.1



)N$O@O#$R%E^F&N(O*T! 3 İmam Sadiq (ələyhissəlam) buyurur: “Dini məsələlərin dərkində dərinə varın! Dində dərinliyə varmayan və onu anlamaq üçün çalışmayan kəs bədəvi ərəblər kimi qalacaq.”2

Əmirəl-mö`minin Həzrət Əli (ələyhissəlam) necə də gözəl buyurmuşdur:


Yerdən cücərirsə həm gül, həm tikan,

Sual da, cavab da elm babından.


Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyətin inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır.

14 mə`sumun (ələyhimussəlam) dualarından biri də bu olmuşdur: “İlahi! Heç bir xeyiri olmayan elmdən, təvazökarlığın nə olduğunu bilməyən qəlblərdən, qə`bul olunmayan dualardan və azğın nəfsdən Sənə sığınıram.”1

Demək, heç bir xeyiri olmayan elmlərə yiyələnmək üçün sərf olunan vaxt və iste`dad olduqca əbəs və əhəmiyyətsizdir.

Əldə olunan elm, dildə yox, əməli olaraq həyata keçirilməlidir. Allah-təala deyilən sözlərə əməl etməməyi məzəmmət edərək buyurur: «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək, Allah yanında böyük qəzəbə səbəb olar. 2«

Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) başqa bir hədisdə belə buyurur: “Bu dörd şeyə görə elm öyrənən şəxslər Cəhənnəm əzabına düçar olarlar:

1-Alimlərlə mübahisə aparmaq üçün;

2-Nadan və cahillərin qarşısında öyünmək üçün;

3-Camaatın nəzərini özünə cəlb etmək üçün;

4-Yiyələndiyi elmin vasitəsilə hakim və əmirlərdən (dövlət başçılarından) pul və var-dövlət əldə etmək üçün.”1

Əli (ələyhissəlam) buyurur: “Allah eşqindən kövrəlməyən qəlblərdə, ağlamayan gözlərdə və heç bir mənfəəti olmayan elmlərdə xeyir olmaz. Xeyiri olmayan elmlər, şəfa verməyən dərmanlar kimidir.”2

Rəvayətdə deyilir: “Bir yəhudi İmam Əlinin (ələyhissəlam) yanına gəlib dedi: “Mənə elə bir ədəd de ki, 1-dən 10-a kimi bölünəndə nəticəsi qalıqsız olsun.

Əli (ələyhissəlam): “Əgər cavabını desəm, İslamı qə`bul edəcəksənmi?”

Dedi: – “Bəli.”

Əli (ələyhissəlam) ona buyurdu: “Həftənin günlərini vur, çevrənin tam dərəcəsinə! Istədiyin ədəd alınacaqdır.”

Yəhudi həftənin günlərini (yə`ni 7-ni), çevrənin tam dərəcəsinə (yə`ni 360-a) vurub 2520 rəqəmini alır və onu 1-dən 10-a kimi bölüb nəticəsi qalıqsız olduğunu gördükdə İslamı qə`bul edir.....

Həmçinin ərəb rəqəmlərində 1-dən 10-a kimi sayının hansında "əyn" hərfi varsa, onları bir-birinə vur! Istədiyin ədəd alınacaqdır. (4, 7, 9 və 10 rəqəmlərində “əyn” hərfi mövcuddur...rabi`ə, səb`ə, tis`ə və ə`şərə)....”1

Mərhum Şeyx Bəhai “Xülasətul-hesab” kitabının 136-cı səhifəsində belə qeyd edir:

“Əgər ayların sayını (12) ayın günlərinin sayına (30)2 və onun hasilini (360) də həftənin günlərinə (7) vursan, elə bir ədəd alınar (2520) ki, qeyd olunan ədədlərin hamısına qalıqsız bölünər.”

Bəli, hörmətli oxucu! Əgər 14 mə`sumun (ələyhimussəlam) elmi haqqında yazmaq istəsək, cildlərlə kitablar əmələ gələr. Lakin diqqət olunası məqam budur ki, qeyd etdiyimiz kimi bütün elmlər Allahdandır və elmləri də Allah-təala iki hissəyə bölür: “Lədunni|” və “iktisabi”. Allah-təala “lədunni” elmi Özünün layiq bildiyi və seçdiyi bəndələrinə əta edir. Bu bəndələr Peyğəmbərlər və İmamlardır (ələyhimussəlam). Belə ki, Allah-təala məsləhət bildiyi elmləri Peyğəmbərlərin və İmamların (ələyhimussəlam) qəlbində yerləşdirir. Yə`ni, Onlar heç kimdən dərs almırlar. Qısa sözlə desək, bu müqəddəs insanların müəllimi birbaşa Allah-təalanın Özüdür.

“Iktisabi” elmə gəldikdə isə yerdə qalan bütün insanlar bu elmdən istifadə edir. Yə`ni, hər hansı bir mə`lumatı, yaxud hər hansı bir elmi kəsb etmək (qazanmaq) üçün ya müəllimdən, ya kitabdan və ya başqa vasitələrlə öyrənirlər. Ona görə də insan özünü başqalarından elmli və üstün saymamalı, özünü Yaradanın hüzurunda aciz və zəif sanmalı, Peyğəmbərləri və İmamları (ələyhimussəlam) özü üçün örnək bilib kamilliyə doğru addımlamalıdır. Məhz belə olan surətdə həm bu dünya, həm də Axirət səadətinə qovuşmuş olar.

Yeddinci fəsil



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin