BAĞIŞLAYAN VƏ MEHRIBAN ALLAHIN ADI ILƏ
ALLAH1
Dünyada elə bir insan yoxdur ki, inancı olmasın. Belə ki, hər bir şəxsin qə`bul etdiyi öz inanc və əqidəsi vardır. Belə ki, bə`ziləri “Allahın birliyinə”, bə`ziləri “ateizmə” bir qismi “bütlərə”, digər bir qismi isə hətta “heyvanlara” inanır və pərəstiş edirlər. Təssüflə qeyd etmək lazımdır ki, “Allahın birliyinə” iman gətirənlar (yə`ni müsəlmanlar) arasında elələri də vardır ki, Allahı düzgün tanımır, O müqəddəs varlığın (Allaha pənah aparırıq) insan kimi əli, ayağı və s. üzvləri olduğunu qə`bul edirlər. Hətta Uca Allaha “cins” tə`yin edərək - “O kişi bilən məsləhətdir” - deyə, vaxtaşırı bu cümləni dilə gətirir və azyaşlı övladlarına “Allah baba” kəlməsini öyrətməklə günaha batırlar.
Bə`zən cəmiyyət arasında elə insanlar da tapılır ki, görmədiyi Allaha inanmaq istəmir. Halbuki, bu dünyada gözə görünməyən bir sıra şeylərin (məsələn; ağıl, vicdan, cazibə qüvvəsi və s.) varlığına səmimi qəlbdən inanır və zərrə qədər də şбəkk-şübhə etmirlər. Lakin “Allahın varlığı” məsələsinə gəldikdə isə axsayırlar.
İmam Cəfər Sadiqin (ələyhissəlam)1 tələbələrindən olan Bəhlul Dənəndə2 haqqında bir əhvalatı yada salırıq:
“Bir gün Bəhlul məscidin yanından ötərkən Əbu Hənifənin3 öz şagirdlərinə dərs keçdiyini görür. Ayaq saxlayır və qulaq asmağa başlayır. Görür ki, Əbu Hənifə deyir: İmam Cəfər Sadiqin (ələyhissəlam) bə`zi sözləri məni çox təəccübləndirir. O deyir ki, Allah-təala nə bu dünyada, nə də axirətdə görünməyəcək. Mən isə deyirəm, məgər mümkündür ki, bir varlıq olsun, amma gözə görünməsin?
O deyir ki, şeytan axirətdə Cəhənnəm odunda yanacaq. Mən isə deyirəm, şeytan oddan yaranmışdır. Bir şey ki, oddan yaranıbsa, daha o, heç vaxt odda yanmaz və atəş ona tə`sir etməz.
O deyir ki, insanlar öz işlərinə məs`uldur (Yə`ni, öz əməllərində ixtiyar sahibidirlər). Mən isə deyirəm, bütün işlər Allahın iradəsinə bağlıdır və biz öz əməllərimizə məs`ul deyilik. Işlərimiz və əməllərimiz Allahın ixtiyarındadır.
Bəhlul bu sözləri eşidən kimi yerdən bir parça bərkimiş torpaq götürüb Əbu Hənifənin başına vurdu. Başı qanayan Əbu Hənifə Bəhlulu tutub qazının yanını şikayətə gəldi.
Qazı Bəhlulu dindirdikdə o belə cavab verir: Mən gördüm Əbu Hənifə deyir ki, hər nə varsa, gərək gözə görünsün. Indi o, başının ağrıdığını deyir. Əgər doğru deyirsə, ağrını mənə göstərsin.
O deyir ki, şeytan oddan yaranmışdır və bir şey ki, oddan yaranıbsa, heç vaxt odda yanmaz. Əbu Hənifə də torpaqdan yaranmışdır. O ki, deyir mən onu torpaq parçası ilə vurub başını yarmışam, yalan deyir. Çünki o, torpaqdan yaranıb. Bir şey ki, torpaqdan yarana, torpaq daha onu yaralaya bilməz və ona heç bir tə`sir edə bilməz.
O deyir ki, insan öz işlərinə cavabdeh deyil və bütün işlər Allahın iradəsi ilə həyata keçir. Əgər mən torpaq parçası ilə onun başına çırpmışamsa, mənim təqsirim yoxdur. Çünki mən Allahın iradəsi ilə hərəkət etmişəm. Deməli, o məndən yox, Allahdan şikayət etməlidir.
Əbu Hənifə Bəhlulun cavablarını eşidib öz sözlərindən utandı və qazının yanından çıxdı. Qazı da Bəhlulu əfv edib buraxdı.”1
“Nəhcul-fəsahə” kitabının 1304-cü hədisində Məhəmməd2 Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) 3 mübarək dilindən belə buyurulur: Çox sayda “lə iləhə illəllah” (Allahdan başqa bir mə`bud4 yoxdur) - deməklə, imanınızı təzələyin!
Həzrət Əli (ələyhissəlam) buyurur: “Hər kəs özünü tanıyarsa, Allahını da tanıyar.” Yə`ni, hər kəs öz cisminin və bədən üzvlərinin incəliklərinə, hərəkət etməsinə, funksiyasına diqqətlə nəzər salsa və bu barədə düşünsə, onda Allah-təalanın sonsuz bir qüdrətə və hikmətə malik olduğunu görər, özünün necə bir qəribə məxluq olduğunu anlayar. Nəticədə isə Yaradanı qabiliyyəti qədər düzgün tanıyar.
Əlbətdə ki, Allahı tanıma məsələsində bəşərin bu barədə agahlığı tam və kamil surətdə qeyri-mümkündür. Çünki, “naqis” varlıq olan insan, “kamil” bir varlıq olan Allahı necə tanısın?! Lakin Yaradanı “nisbi” tanımaq mümkündür və bu da bütün insanların boynunda olan zəruriyyətdir. Belə ki, Allahın Xaliq1, Qadir2, Razzəq3, Əlim4, Rahim5, Rabb6 və s. sifətlərini araşdırdıqda Onun haqqında az da olsa, lazımi mə`lumat əldə etmiş oluruq.
İmam Əlinin (ələyhissəlam) “Nəhcul-Bəlağə”dəki 1-ci xütbəsində buyurduğu “Allahı tanıma” haqqında olan dərin və mə`nalı kəlamlarına diqqət edək:
“Bütün danışanların mədh etməkdə və tə`rifləməkdə aciz qaldığı Allaha həmd olsun! Insanlar Onun zatına layiq olan tə`rifi etmək gücündə deyil.1 Onun ne`mət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.2 )N$O@O#$R%F^N&O(T*E! 2)N$O@O#$R%E^F&N(O*T! 2
Çalışanlar Onun ne`mətlərinin haqqını qaytara bilməzlər.3 O, elə bir mə`buddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər... Onun üçün müəyyən edilmiş zaman da yoxdur...4 Məxluqatı Öz qüdrəti ilə yaratdı. Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi. Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.
Dinin əsası Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid5 və Onu Tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.6)N$O@O#$R%F^N&O(T*E! 10)N$O@O#$R%E^F&N(O*T! 10 Ixlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir...1 Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. Ikiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar.2 Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan, Ona doğru işarə edər. Ona işarə edən, Onu məhdudlaşdıraraq çevrələyər (Onun üçün hədd və nəhayət yaradar). Onu məhdud hesab edən Onu sayar (Onu özündən xaricdə say vahidinə çevirər). «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər (Onun üçün yer və məkan seçər). «Nəyin üstündədir?» deyə soruşan bə`zi yerləri Ondan boş hesab edər.3 Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil...4 )N$O@O#$R%F^N&O(T*E! 13)N$O@O#$R%F^N&O(T*E! 14Hər şeylə yanaşı olmadan onlarladır (Beləliklə, O, hər bir şeylədir. Hər bir şey Onunla dirçəlib, mövcud olub). Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.5 Iş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət6 və nə də alət mə`nasında deyil (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Buna görə də zatən gözü olmadan görəndir). Yaratdıqlarından heç biri olmayarkən də Görən idi. Onunla ünsiyyət qurmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da Tək və Vahid idi...”
Göründüyü kimi Həzrət Əli (ələyhissəlam) heyrətedici xütbəsilə insanların Allaha olan baxışını (düşüncəsini) dəyişdirir və Onu qabiliyyətimiz qədər düzgün tanımaqda bizə yardım edir.
Allah gözə görünməzdir və Onun müqəddəs zatı haqqında düşünmək qadağandır. Çünki Onun tayı-bərabəri yoxdur. Buna görə də Allah-təala bizə təfəkkür, idrak və əql qüvvəsi bəxş etdiyinə görə əmr etmişdir ki, Onun yaratdığı varlıqlar barəsində şüurumuzu, ağlımızı işə salıb Allahın hikmətində, kainatdakı nişanələrində və insanın daxili aləmində dərindən düşünək.
Rəvayətdə oxuyuruq: “Bir gün Məhəmməd Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) Öz səhabələri ilə birlikdə küçədən keçərkən qoca bir qadının ip əyirdiyini görür. Həzrət (salləllahu ələyhi və əlihi və səlləm) ondan soruşur: Allahı qə`bul edirsənmi? Deyir: Əlbətdə. Buyurur: Allahın mövcud olmasına sübutun nədir? Qoca qadın əlini ip əyirdiyi alətdən çəkir və deyir: Bu, mənim sübutumdur. Əgər əlim aləti hərəkət etdirməsə, onda bu alət dayanar və hərəkət etməz. Aləmdə olan bu qədər hərəkət etməli olan şeylərin hərəkət etdirənə ehtiyacı yoxdurmu? Bunu eşidən Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) mübarək üzünü səhabələrinə çevirib buyurur: Siz də bu qarı kimi Allahı tanıyın!”1
Başqa bir rəvayətə diqqət edək: “Bir nəfər Həzrət Əlinin (ələyhissəlam) yanına gəlib soruşdu: Ya Əmirəl-mö`minin!2 Allahı nə ilə tanıdın? Buyurdu: Mənim əzm3 və qərarlarımı pozması ilə. Mən bir işi görmək istədikdə maneələr və qəzavü-qədər onunla məqsədlərim arasında fasilə salaraq onun həyata keçməsinə mane oldu. Başa düşdüm ki, (bu işi) tədbir edən və onun axırını fikirləşən başqa bir Kəsdir.
Soruşdu: Hansı səbəbə görə Allaha həmd edirsən? Buyurdu: Məndən necə (böyük) bəlaları dəf etdiyini, həmçinin başqalarına bəlalar varid etdiyini gördükdə başa düşdüm ki, O mənə minnət qoymuşdur. Mən də Ona şükür etdim.
O şəxs yenə də soruşdu: Nəyə görə Onunla görüşəcəyinə bu qədər şövq bəsləyirsən? Buyurdu: Öz mələklərinin və Peyğəmbərlərinin (ələyhimussəlam)4 ayinini (dinini) mənim üçün seçdiyini, ne`məti mənə tamamladığını gördükdə bildim ki, məni bu qədər əzizləyən Allah heç vaxt məni unutmaz. Buna görə də Onunla görüşə müştaq oldum.” 1
Bəli, hörmətli oxucu! Mehriban olan Allah heç vaxt yaratdıqlarını unutmaz. Unudan bizlərik. O, öz bəndələrini çox sevir və hətta Ona qarşı nankor və küfr edənlərin belə ruzisini yetirir.
Dostları ilə paylaş: |