Subhəənəllaahi vəlhəmdulilləəhi və ləə iləəhə illəllaahu vəllaahu əkbər(Allah hər bir eyb və nöqsandan uzaqdır. Və şükürlər olsun Allaha. Allahdan başqa mə`bud (ibadətə layiq olunası bir varlıq) yoxdur. Və Allah bizim vəsf edib düşündüyümüzdən çox-çox böyükdür).
Yeddi bəhanə Yeri gəlmişkən namaza əhəmiyyət verməyən şəxslərin bəhanələrini qeyd edib onları cavablandırmaq istərdik:
Bəhanə 1:Mən Allaha inanıram və məncə bu kifayətdir. Namaz qılmağa isə ehtiyac görmürəm. Cavab: Çox gözəl, amma iş burasındadır ki, sənin inandığın O Uca Allah namaz qılmağı sənə vacib bilir: «Həqiqətən Mənəm O Allah ki, Məndən başqa heç bir mə`bud yoxdur. Elə isə Mənə ibadət və namaz qılmaqla Məni yad et.1«