Bəhanə 2: Mən hesab edirəm ki, ən başlıcası insanın qəlbinin təmiz olmasıdır. Namaz qılmasan da olar. Cavab: Müqəddəs və mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Amma məhz elə namaz həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir. Maraqlıdır, Allahın sözünə qulaq asmayanın ürəyi necə təmiz ola bilər? Sənin qəlbin namaz qılmaqdan mübarək ayaqları şişən Məhəmməd Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) qəlbindən təmizdirmi?!
Bəhanə 3: Namaz mənim vaxtımı alır. Işlərim o qədər çoxdur ki, çatdıra bilmirəm. Cavab: Bəs onda dünyada müxtəlif peşələrdə (fəhlə, mühəndis, həkim, müəllim, tacir və s.) çalışan insanlar namaz qılmağa necə vaxt tapır? Sözsüz ki, milyonlarla müsəlmanın namaz qılıb bu ibadətə vaxt ayırması dediyinizin əksini sübut edir. Bir də ki, gündəlik vacib olan beş namazın ümumi vaxtı təxminən 30 dəqiqə çəkir. Həmin vaxtı Allaha ayırmaq məntiqə uyğun deyilmi?