Bir söhbət
Bir gün bir şəxs soruşdu: “Nə üçün sübh namazı iki rük`ətdir?”
Dedim: “Bilmirəm. Allahın göstərişidir, yerinə yetirilməlidir.”
O, mənim bu sualı bilmədiyimi anlayan kimi ziyalı qiyafəsi aldı və təkəbbürlə dedi: “Dünya elm dünyasıdır, elmsiz din qə`bul deyil...”
Soruşdum: “Nə üçün nar ağacının yarpağı kiçik, üzüm yarpağı isə böyükdür?”
Dedi: “Bilmirəm.”
Təkəbbürü azaldı. Ona dedim: “Qardaş, dünyanın elm dünyası olmasını qə`bul edirik. Lakin bu o demək deyil ki, varlığın bütün sirlərini bu gün öyrənməliyik. Şübhəsiz, narın nazik, üzümün enli yarpaqları, onların meyvələrinin dadı arasında təbiətşünaslar tərəfindən nə vaxtsa kəşf olunacaq bir rabitəsi vardır. Demək, sirlərin varlığını qə`bul edirik. Lakin onların hamısını bilmək iddiasında olan şəxsi qə`bul etmirik. Əgər hər bir əməldən öncə onun fəlsəfəsini öyrənsək, allahpərəstlik və təslimçilik necə olsun? Vəhy elmdən daha üstün və daha sirlidir. Nə üçün ziyalılar hər bir qanun və proqramı qə`bul edir, lakin din və Allah qanunlarına gəldikdə çətinliyə düşür və məntiq əhli olurlar?!”
Sonra o, başını aşağı saldı və heç bir söz demədən uzaqlaşdı.”1
Allah-təala bizi sevir və Onun bizim namazlara heç bir ehtiyacı yoxdur. Əsl məqsəd budur ki, insan namaz qılmaqla kamilliyə, mə`nəviyyata ucalıb dünya və axirət səadətinə yetişsin.
Namazın əhəmiyyətli olduğunu yada salaraq Qur`ani-Kərimin “Muddəssir” surəcinin 40-47-ci ayələrini zikr edirik: «Cənnətdəkilər (Cəhənnəmdə olan) günahkarlardan soruşacaq: Sizi “Səqər”ə (Cəhənnəmə) salan nədir? Cavab verəcəklər: Biz namaz qılanlardan deyildik, yoxsullara təam verməzdik, batilə uyanlarla əlbir idik, dirilənə kimi Qiyamət gününü (dirilməyi) də yalan sayardıq. «
Beş namaz : Gündə - 30 dəq. Həftədə - 3 saat yarım. Ayda - 12 saat. Ildə isə - 6 gündən ibarətdir.
Aclıqdan ağzını açmışsa əgər,
Namaz qılmayana borc vermək hədər.
Allahın borcunu qaytarmayan kəs,
Borcunu qaytarmaz, gözləmə əbəs.
Namaz barəsində daha da ətraflı mə`lumat almaq üçün “Namazın hikmət və sirləri” adlı kitabına müraciət edə bilərsiniz.1
2-Oruc: Hər il mübarək Ramazan ayının əvvəlindən sonuna qədər, sübh azanından məğrib azanınadək orucu batil edən şeylərdən pəhriz etmək vacibdir.
Orucun vacib olması haqqında Allah-təala buyurur: «Ey iman gətirənlər! Təqvalı olasınız (Allaha yaxın, Onun razılığını qazanasınız) deyə, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi.»2
Ümumiyyətlə, bütün ibadətlərin məğzi, mahiyyəti təqvadır. Əgər Allah bizdən ibadət tələb edirsə, bundan məqsəd təqvadır. Yə`ni, əsl məqsəd insanların Allaha sığınması, haramlardan çəkinməsi və Allahın əmrlərinə itaət etməsidir.
Qur`an, Tövrat və Incildəki buyuruqlardan belə anlaşılır ki, İslamdan öncəki dinlərdə də oruc olmuşdur.
Dostları ilə paylaş: |