Orucu batil edən şeylər
On şey orucu batil edir:
Yemək; Içmək; Cima; Istimna (yə`ni, spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); Allah, Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) və onun canişinlərinin1 (ələyhimussalam) adından yalan demək; Qəliz tozu boğaza çatdırmaq; Başın hər yerini suya batırmaq;2 Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; Axıcı (maye) şeylərlə imalə etmək; Qusmaq.
Orucu vacib olmayan şəxslər
1-Əgər bir şəxs qocalıq səbəbi ilə oruc tuta bilməsə, yaxud ona əziyyət olsa, oruc ona vacib deyil. Amma əziyyət olsa, hər gün üçün bir müdd3 təam (buğda, arpa və s.) fəqirə verməlidir.
2-Əgər bir insan çox susuz olan və ya susuzluğa dözə bilməyən və ya susuzluğun məşəqqəti (çətinliyi, əziyyəti) olan bir xəstəliyə tutularsa, oruc ona vacib deyil. Amma ikinci halda (məşəqqətli olan halda) hər gün üçün bir müdd təam fəqirə verməlidir. Gərəkdir ki, naçar olduğu miqdardan artıq su içməsin. Əgər sonradan oruc tuta bilərsə, tutmadıqlarının qəzasını tutmalıdır.
3-Doğum vaxtı yaxınlaşan və oruc tutmağın bətnindəki uşağa zərəri olan qadına oruc vacib deyil. Həmçinin, əgər orucun onun özü üçün də zərəri olsa, oruc ona vacib deyil. Bu halda hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda isə tutmadığı günlərin qəzasını etməlidir və s...
(Oruc barəsində olan hökmlər risalələrdə geniş surətdə bəyan edilmişdir).
Dostları ilə paylaş: |