MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Orucun faydaları və tə`sirləri



Yüklə 1,31 Mb.
səhifə37/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   33   34   35   36   37   38   39   40   ...   89
Orucun faydaları və tə`sirləri
Əgər bu dini göstəriş oruc, bütün qaydaları və şərtləri ödənməklə yerinə yetirilərsə, böyük maddi və mə`nəvi tə`sirlərə malik olar. Onun bə`zi təsirlərini yada salmaq istərdik:
Tərbiyəvi tə`sir

1-Oruc insanın ruhuna sığal çəkir, onun cismini və canını paklayır. Oruc tutan insan ac və susuz halda ətrafdakı qidalara göz yumur. O əməli şəkildə sübut edir ki, yalnız yemək barədə düşünən heyvan deyil. Bəli, o öz nəfs istəklərinə qalib gəldiyini əməldə sübuta yetirir. Bəli, oruc insanı heyvanlıq məqamından mələk məqamına yüksəldir və insanda təqva ruhiyyəsi yaratdığını bildirir.


Az yeyən mələyə oxşadır özün,

Heyvan tək yeyənin heç görmə üzün.

Hər işdə Allaha müt`i olan kəs,

Nəfsinə yox deyib oldu müqəddəs.


2-Oruc insanın iradəsini gücləndirir. Ixtiyarında müxtəlif xörəklər və içkilər olan insan Allahın razılığı üçün onlara göz yumur. Bəli, yemək və içməkdən çəkinməsi onu gücləndirir. Çay kənarında bitmiş ağac gecə-gündüz çayın suyundan bəhrələnsə də kövrək olur, bir gün su görməsə, yarpaqları təravətini itirir. Amma susuz səhralarda bitən ağaclar güclü küləklərə, günəşin istisinə, qışın soyuğuna müqavimət göstərib, möhkəm və davamlı olur. Oruc da belədir. Insan özünə müvəqqəti məhdudiyyətlər qoymaqla iradəsini gücləndirir.

Az yeməyə vərdiş verərsə insan,

Çətin döngələri adlayar asan.

Kim nəfs istəyəni verərsə ona,



Çıxıntı önündə çətin dayana.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin