MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Oruc tutmaq barədə yanlış fikirlər



Yüklə 1,31 Mb.
səhifə41/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   37   38   39   40   41   42   43   44   ...   89
Oruc tutmaq barədə yanlış fikirlər

1-Yanlışlıq: Çimmək, duş qə`bul etmək olmaz. Həqiqət: Olar, sadəcə başı bütünlüklə suyun altına salmaq olmaz.

2-Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz. Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur və ağız suyunu uda bilər.

3-Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz. Həqiqət: Olar, sadəcə diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

4- Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. Həqiqət: Mübarək ayda toy etmək olar və bununla bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi toy və yaxud məclislərdə haram əməllərin olmamasıdır.

5- Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz. Həqiqət: Bunlar - iki müxtəlif vacib əməllərdir, lakin onlardan birinin yerinə yetirilməsi, digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

6- Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil. Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qə`bulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək lazımdır.

7- Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz. Həqiqət: Bilər. Məhdudiyyət, yalnız qidanı əvəz edən iynələrə, məs: qlükozaya aiddir.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin