MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə49/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   45   46   47   48   49   50   51   52   ...   89
Xüms ödəməyin tə`sirləri
Xüms ödəməyin zərərləri ilə tanış olduq. Bəs xüms ödəməyin hansı bərəkətləri var?

1. Övladın paklığı:

Bildiyimiz kimi, qidalanmanın insan sağlamlığına və ruhuna böyük tə`siri var. Təmiz və halal ruzi sağlam düşüncə və sağlam əmələ səbəb olur. Haram qidalardan şeytani düşüncələr, şeytani əməllər qaynaqlanır.

Insanın əsil sərvəti onun övladıdır. Əgər övlad pak doğularsa, onun müsbət yöndə inkişafı üçün şərait yaranar. Pak doğulmamış övlad fitnə-fəsad mənbəyidir. Əslində, insan heç bir mülk sahibi deyil və ona əmanət verilənlər Allaha məxsusdur. Amma Allah mehribanlıq göstərərək verdiyi malın beşdə birini onun yolunda sərf eləməyi tapşırır. Qalan hissədən isə insanlar öz istədikləri kimi istifadə edə bilər. Şübhəsiz ki, xüms ödəməkdən boyun qaçırsalar, həm günaha yol verib Allaha itaətsizlik göstərmiş olur, həm də malları haram olduğundan bu haram, övladlarının necəliyinə tə`sir göstərir. Amma xüms ödəsələr, qidaları halal olduğundan övladlar da pak olur.

Digər bir rəvayətdə İmam Sadiq (ələyhissəlam) buyurur: “Hər kəs qəlbində bizə dostluq duysa, Allaha birinci ne`mətlərə görə sitayiş etsin. “Birinci ne`mətlər” nədir, deyə soruşurlar və İmam (ələyhissəlam) belə cavab verir: Pak doğuş.” Sonra İmam (ələyhissəlam) buyurur: “Həzrət Əmirəl-mö`minin (ələyhissəlam) Həzrət Fatiməyə (ələyhəssəlam)1 dedi: Payına düşəni bizim tərəfdarlarımızın atalarına bağışla ki, onlar pak olsun.”2 )N$O@O#$R%E^F&N(O*T! 216

İmam Sadiq (ələyhissəlam) buyurur: “Insanlar üçün Qiyamət günü ən böyük çətinlik odur ki, haqqı tapdananlar qalxıb desin: “Pərvərdigara, bizim xümsümüzü borclulardan al. Biz xümsü mö`minlər üçün pak etdik ki, doğuşları pak, övladları halal olsun.”3 )N$O@O#$R%F^N&O(T*E! 21)N$O@O#$R%E^F&N(O*T! 217


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin