Həcc - böyük İslam konfransıdır Həcc dedikdə, Məkkədə Allah evinin ziyarəti, xüsusi bir proqramın icrası nəzərdə tutulur. Həcc ibadətinin də digər ibadətlər kimi böyük bərəkətləri var. Həcc həm fərd, həm də cəmiyyət üçün xeyirlidir. Müsəlmanlar bu proqramı düzgün yerinə yetirərlərsə, həmçinin Həccdən əyləncə və səyahət məqsədi ilə istifadə etməzlərsə, hər il bu böyük mərasimdən sonra İslam dünyasında böyük dəyişikliklər müşahidə olunar. Həcc mərasimi İslam mütəfəkkirlərinin böyük konfransı ola bilər.