MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Həccin tə`sirləri və yönümləri



Yüklə 1,31 Mb.
səhifə61/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   57   58   59   60   61   62   63   64   ...   89
Həccin tə`sirləri və yönümləri
Həcc mərasiminin bir sıra dəyərli tə`sirləri və yönümləri var:

1. Ruhi dəyişiklik və özünütərbiyə

Həccin ən mühüm fəlsəfəsi onun əxlaqi yönümüdür. Həcc əməlini yerinə yetirmək qərarına gəlmiş insan, dünya bər-bəzəyini bir kənara qoyub ehram libası geyir, bir sıra halal ləzzətlərə göz yumub özünütərbiyə proqramını yerinə yetirməyə başlayır. Həcc proqramının hər bəndini yerinə yetirən insanın Allaha bağlılığı güclənir. Öz qaranlıq keçmişindən uzaqlaşmış Hacı işıqlı gələcəyə addım atır. Onun həyat kitabında nurlu bir səhifə açılır. Bu səbəbdən də rəvayətlərdə deyilir: “Təkəbbürə yol vermədən Həcc və ümrə üçün Kə`bəyə üz tutan insan günahlardan təmizlənib, anadan doğulduğu vaxtdakı kimi pak olur.”1 )N$O@O#$R%F^N&O(T*E! )N$O@O#$R%E^F&N(O*T! 202

Bəli, Həcc müsəlmanın dünyaya yenidən gəlişidir. Bu ibadət sağlam bir həyata atılan addımdır. Həcc ibadətini yerinə yetirən insanın qarşısında Həzrət Ibrahim, Ismail, Hacər (ələyhimussəlam), İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) və onun yaxınlarının xatirələri və mücahidələri canlanır.

2. İslam ümmətinin birliyi

Həccin mühüm yönümlərindən biri onun siyasi yönümüdür. Bu əzəmətli mərasim müsəlmanların birliyində tə`sirli səbəb sayılır. Bu birliklə İslam dünyası ilə bağlı mə`lumatlar dünyaya yayılır, əsarət zəncirləri qırılır və ibadət ruhu siyasi gerçəkliklə bir araya gəlir.

Bə`zi rəvayətlərdə Həcc zəif insanların cihadı kimi təqdim edilir. 1 )N$O@O#$R%F^N&O(T*E! 20)N$O@O#$R%E^F&N(O*T! Bu cihadda hətta qoca kişilər və qadınlar səhnəyə çıxır, İslam ümmətinin gücü və əzəməti tam mə`nasında özünü göstərir. Allah evi ətrafında sıx şəkildə cərgələnmiş ümmət, öz vəhdət şüarları ilə İslam düşmənlərini qorxuya salır. Bəli, müsəlmanlar Həcc mərasimlərində ixtilafdan, firqəçilikdən çəkinməli, qarşılıqlı anlaşmaya gəlib düşmən üzərində qələbə yolunu araşdırmalıdırlar.

3. İslam maarifinin yayılması

Həcc mərasiminin digər bir faydası onun mədəni və elmi yönümüdür. Həcc günlərində müxtəlif firqələrdən, zümrələrdən olan müsəlmanların rabitəyə qatılması İslam maarifinin dünyaya yayılmasında güclü amil (səbəb) ola bilər. Hələ Bəni-Üməyyə və Bəni-Abbas hökumətləri dövründə müsəlmanlar sıxıntıya salınmış İslam hökmlərinin yayılması üçün Həcc mərasimindən faydalanırdılar. Onlar mə`sum2 İmamlar və böyük alimlərlə rabitəyə qatılaraq öz problemlərini həll edirdilər. Alimlər bu mərasimdə bir araya gəlib İslam maarifinin təbliği üçün yol axtara bilərlər.

4. Iqtisadi dayaqların möhkəmləndirilməsi

Həccin digər bir yönümü iqtisadi yönümdür. Həcc mərasimindən faydalanmaqla İslam məmləkətləri öz iqtisadi dayaqlarını möhkəmləndirə bilər. Bu iş nəinki Həcc amallarına zidd deyil, hətta bu mərasimin fəlsəfələrindən biridir.

İmam Sadiq (ələyhissəlam) Hişam ibn Həkəmin Həccin fəlsəfəsi ilə bağlı sualına cavab verərkən bildirir ki, bu İlahi vəzifənin faydalarından biri sərmayələrin bir şəhərdən o birinə hərəkətidir.1

Çox yaxşı olardı ki, müsəlmanlar bu mərasimdə İslam iqtisadi birliyinin bünövrəsini qoyaydılar. Əgər bu iş görülərsə, müsəlman məmləkətlərinin qazancı İslam düşmənlərinin cibinə axmaz, müsəlmanlar iqtisadi asılılıqdan qurtularlar.

Deyilənləri nəzərə aldıqda görürük ki, müsəlmanlar bu müstəsna fürsətdən faydalanıb bir sıra problemlərini həll edə bilərlər. Bəli, Həcc ibadətinin siyasi ideoloji, mədəni, iqtisadi faydaları var. Olsun ki, elə bu səbəbdən İmam Sadiq (ələyhissəlam) buyurur: “Nə qədər ki, Kə`bə evi yerindədir, İslam da yerində möhkəm dayanmışdır.”2 )N$O@O#$R%F^N&O(T*E! 2)N$O@O#$R%E^F&N(O*T! 205

Amma çox əfsus ki, bütün bu faydalara göz yumur, Həcc səfərini əyləncə və səyahətə çeviririk. Bə`ziləri bu səfərdən özününümayiş məqsədi ilə istifadə edir. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Elə bir dövr gələr ki, həmin dövrdə padşahlar əyləncə, varlılar qazanc, yoxsullar dilənmək üçün Həccə gedər.”1 )N$O@O#$R%F^N&O(T*E! 2)N$O@O#$R%E^F&N(O*T! 206


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin