MüƏLLİF: ayətullah əHMƏd ehtimam


)N$O@O#$R%F^N&O(T*E! 217)N$O@O#$R%E^F&N(O44. 4



Yüklə 1,31 Mb.
səhifə65/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   61   62   63   64   65   66   67   68   ...   89
4. )N$O@O#$R%F^N&O(T*E! 217)N$O@O#$R%E^F&N(O44. 4İmam Riza (ələyhissəlam) buyurur: “Əmr be mə`ruf edib pisliklərin qarşısını alın. Yoxsa pis adamlar sizə hakim olar, yaxşılarınızın da duası qə`bul olmaz.” (“Vəsail”, c.118, səh.4).

Insanlar cəmiyyətə nəzarət etməyə və başqalarının rəftarlarına biganə qalmamağa borcludur. Hər bir müsəlman imkan həddində və müəyyənləşdirilmiş şərtlər əsasında insanları doğru yola çağırmalı, pis işlərdən çəkindirməlidir. Çünki əmr be mə`ruf və nəhy əz münkərin tərki cəmiyyətin fəsada sürüklənməsinə, din və şəriət hökmlərinin yaddan çıxmasına səbəb olur. Nəticədə pak insanlar da fəsada uğrayır. Bu İlahi vəzifəyə əməl etməyənlər dünya və axirətdə cəzalanır.

Əziz İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) bu barədə buyurur: “Bir dəstə insan gəmiyə minir. Onların hər biri gəmidə öz yerini tutur. Bu vaxt bir şəxs öz oturduğu yeri deşməyə başlayır. Ondan nə etdiyini soruşurlar?! Cavab verir ki, bu yer mənimdir və istədiyimi edirəm! Bu adamın qollarını bağlasalar, həm onun özünü, həm də başqalarını xilas etmiş olarlar. Əgər onun əllərini tutmasalar, həm özünü qərq edər, həm də başqalarını.”1 )N$O@O#$R%E^F&N(O*T! 250

Rəvayətdən aydın görünür ki, ləyaqətsiz işlər qarşısında sükut etməyin əhatəli ağrıları var. Əgər həmin insanın qarşısı alınmasa, hamı suya qərq olar. Demək, cəmiyyətin hər bir üzvü vəzifəlidir ki, başqalarının əməlinə biganə qalmasın.

Qur`ani-Məcid buyurur: «Sizlərdən əmr be mə`ruf və nəhy əz münkərlə tanış olan bir ümmət xalqı yaxşı işə çağırmalı, pis işlərdən çəkindirməlidir. Bu iki işi yerinə yetirənlər nicat tapmışlardır.»2 )N$O@O#$R%E^F&N(O*T! 251

Digər bir ayədə bir qrup günahkar lə`nətlənərkən buyurulur: «Israil övladlarından kafir olanlar Davudun və Məryəm oğlu Isanın dili ilə lə`nətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın tə`yin etdiyi) həddi aşmalarına görə idi.»3 )N$O@O#$R%E^F&N(O*T! 254

Yaxşı olmazmı ki, özünü Peyğəmbərə (salləllahu ələyhi və əlihi və səlləm) ardıcıl sayanlar və O Həzrəti özünə nümunə hesab edənlər, “mənə nə?” deməyib, cəmiyyətdəki rəftarlara diqqətli olalar?!

Rəvayətdə İmam Hüseyn (ələyhissəlam) buyurur: “Ey insanlar! Allahın öz dostlarına verdiyi öyüddən ibrət götürün! Allah-təala buyurur ki, «Mö`min kişilər və mö`minə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər.»1

Allah-təala bilir ki, bu iki vəzifəyə əməl olunmasa, istər asan, istər çətin bütün başqa vəzifələrin də yolu bağlanacaq. Çünki əmr be mə`ruf və nəhy əz münkər İslama də`vətdir. Bu yolla məzlumun haqqı qaytarılır, sitəmkara qarşı çıxılır, beytül-mal )N$O@O#$R%E^F&N(O*T! 2582 və qənimətlər ədalətlə bölünür...3

Əmirəl-mö`minin Əli (ələyhissəlam) əmr be mə`ruf və nəhy əz münkər vəzifəsinin əhəmiyyət və zərurəti haqqında buyurur: “Həqiqətən, Allah övliyalarına razılıq verməyib ki, yer üzündə günah baş verəndə onlar sakit dayansınlar, əmr be mə`ruf və nəhy əz münkərdən çəkinsinlər.”4

Əmr be mə`ruf və nəhy əz münkərin əhəmiyyət və zərurəti ilə tanış olduqdan sonra onu tərk etməyin dünya və axirət tə`sirlərini araşdıraq:

1. İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Ya əmr be mə`ruf və nəhy əz münkər edin, ya da İlahi əzab hamınızı bürüyəcək!”5 )N$O@O#$R%E^F&N(O*T! 261

2. Yenə də buyurur: “Mənim ümmətim dünyaya üz tutsa, İslamın şövkətindən məhrum qalar. Əgər əmr be mə`ruf və nəhy əz münkərdən əl çəksələr, vəhy bərəkətindən məhrum qalarlar.”1

3. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) minbərə qalxdı, həmd-səna deyib buyurdu: “Ey camaat! Allah sizə buyurur ki, nə qədər ki, dualarınızı rədd etməmişəm, istədiyinizi alırsınız, məndən yardım görürsünüz, yaxşılığa çağırın, pisliyə qadağa qoyun.”2 )N$O@O#$R%E^F&N(O*T! 266

4. Əmirəl-mö`minin (ələyhissəlam) buyurur: “Əmr be mə`ruf və nəhy əz münkəri tərk etməyin! Yoxsa Allah şər bir qövmü sizə hakim edər, nə qədər dua etsəniz də eşidilməz.”3


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin