MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə66/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   62   63   64   65   66   67   68   69   ...   89
Bir neçə tövsiyə
1. Əmr be mə`ruf və nəhy əz munkərdə məqsəd fərd və cəmiyyətin islahı olmalıdır. Insan canıyananlıq, xoş niyyətlə bu işi görməlidir. Əmr və qadağada intiqam hisslərinə, kin-küdurətə yol verilməməlidir.

2. Əmr və qadağada imkan həddində lütf və məhəbbət göstərilməlidir. Bu üsul ən tə`sirli üsuldur. Sərt rəftarların gözlənilməz nəticələri də olur. Peyğəmbərlərin və mə`sumların (ələyhimussəlam) rəftarlarından aydın olur ki, məhəbbət göstərməklə ən yola gəlməz adamları da islah etmək olur.

3. Bə`zilərinin əmr və qadağası tə`sirsiz qaldığı halda başqaları özlərini tə`sirli görərsə, bu yönümdə addım atmalıdır.

4. Bə`zən bu İlahi vəzifəni yerinə yetirmək bir nəfərin əlindən gəlmir və bu işdə ümumi şəkildə hərəkət edilməlidir.

5. Əmr və qadağa vəzifəsinin öz çətinlikləri var. Çünki bə`zi mənafepərəst insanlar həqiqəti asanlıqla qə`bul etmir. Onlar bə`zən insanları yaxşılığa çağırıb, pislikdən çəkindirənləri hədəfə alırlar. Demək, bu işdə səbirli və dözümlü olmaq, kiçik bir çətinlik gördükdə meydanı boş buraxmamaq lazımdır.

Həzrət Loğman öz oğluna nəsihətlərində deyir: «Oğlum! Namaz qıl, insanları yaxşılığa çağır, pislikdən çəkindir. Bu işdə nə əziyyət çəksən səbirli ol, belə etməyin işlərdə sabitqədəmlik göstəricisidir.»1 )N$O@O#$R%F^N&O(T*E! 221)N$O@O#$R%E^F&N(O*T! 221



6. Hazırkı dövrdə mədəniyyət mərkəzlərinin yaradılması, kitab nəşri, radio və televiziya proqramları insanların əqidə, əxlaq və əməlinə əhəmiyyətli tə`sir göstərir. Bu istiqamətdə çalışmaq çox mühümdür. Hər kəs öz gücündə bu yönümdə addım atmalıdır. Kütləvi informasiya vasitələrində gözəl əxlaq, insani keyfiyyətlər, İslam mədəniyyəti təbliğ olunmalıdır. Bu istiqamətdə çeşidli proqramlar həyata keçirmək, qeyri-İslami, açıq-saçıq layihələrdən çəkinmək lazımdır.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin