MüƏLLİF: ayətullah əHMƏd ehtimam


v) Əmr edən və ya qadağa qoyan kəs öz əmr və qadağasının tə`sirinə ümid etməlidir. q)



Yüklə 1,31 Mb.
səhifə69/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   65   66   67   68   69   70   71   72   ...   89
v) Əmr edən və ya qadağa qoyan kəs öz əmr və qadağasının tə`sirinə ümid etməlidir.

q) Diqqətli olmalıyıq ki, bizim əmr və qadağamız özümüzə və ya cəmiyyətə zərərli olmasın.

Istənilən bir halda qeyd olunan şərtləri nəzərə almaqla əmr be mə`ruf və nəhy əz münkər vəzifəsini icra etmək cəmiyyətin islahına və əmin-amanlığına xidmət edir, həmçinin ağıl və şəriət baxımından bəyənilir.



9-10 Təvəlla və Təbərra: Hər bir müsəlman “təvəlla” və “təbərra” göstərişinə əməl etməlidir və bu vəzifədən boyun qaçıran günaha batır.

Təvəllanın mə`nası sevmək, dost tutmaq deməkdir. Yə`ni hər bir müsəlmanın Allah-təalanı, Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm), mə`sum İmamları (ələyhimussəlam) və onların dostlarını sevməsi;

Təbərranın mə`nası isə bizar və nifrət etmək deməkdir. Yə`ni hər bir müsəlmanın Allah-təalanın, Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm), mə`sum İmamların (ələyhimussəlam) və onların dostlarının düşmənləri ilə düşmən və habelə onlardan bizar olması;

Təvəlla və təbbərra haqqında Allah-təala Qur`ani-Kərimdə belə buyurur: «(Ey Peyğəmbər)! De: Mən sizdən öz risalətimin (Peyğəmbərliyimin) əvəzində, Əhli-beytimə məhəbbət bəsləməkdən başqa heç bir əcr (mükafat) istəmirəm.»1

Mübarək ayədə gələn “Əhli-beyt” (ev əhli) Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) ən yaxınları ən əzizləri sayılır. Və bu şəxslər Həzrət Əli (ələyhissəlam), Həzrət Fatimə (səlamullahi ələyha) və Onların övladları (on bir İmam)dır.

Dost olmaq dedikdə, sadəcə qəlb istəyi yox, 12 mə`sum İmama (ələyhimussəlam) və onların hər birinin üç məqamına e`tiqad nəzərdə tutulur:




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin