MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə73/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   69   70   71   72   73   74   75   76   ...   89
Kimə təqlid etməli?
Həyatımız əsasən iki əsas üzərində qərar tutmuşdur. Əsasların biri bilmək, digəri isə həmin bilikdən istifadə etməkdir. Ikinci əsas da birinci əsasa ehtiyaclıdır. Demək, həyatda ilk addım bilikdən başlayır.

Məhz bu məqamda daxilimizdəki bir meyl bizim köməyimizə çatır və səadət qapılarını bizim üzümüzə açır. Bu meyl “təqlid”dir. Bilirik ki, körpə həmin bu meyllər əsasında danışmağa başlayır, oturub-durmağı öyrənir, hər gün mərhələ-mərhələ həyat pillələri ilə yuxarı qalxır. O, yaşa dolduqca başqalarının biliklərinə daha diqqətli olur, varlıq aləmindəki mövcudlardan xəbər tutur və öz insanlıq vəzifələrini anlayır.

Amma burada əsas bir nöqtəyə diqqət yetirmək lazım gəlir. Bütün işlərdə başqalarına təqlid etmək düzgün deyil. Təqlidin bir neçə növü var:

1. Cahilin cahilə təqlidi (bilməyənin bilməyənə təqlidi):

Mə`lum məsələdir ki, bu növ təqlid insanı nəinki xoşbəxt etmir, hətta onu süquta uğradır. Təəssüf ki, bizim cəmiyyətimizdə bir çox insanlar kor-koranə şəkildə müxtəlif məsələlərdə başqalarına təqlid edirlər. Onlar müxtəlif həyat məsələlərində, eləcə də, geyim, yemək, ad qoyma və digər işlərdə başqalarını yamsılamağa çalışırlar. Bə`zən insanlar heç bir əsas olmadan iman və əxlaq baxımından da başqalarına təqlid edirlər. Məhz həmin bu cür təqlid haqqında məşhur bir şe`rdə deyilir:
Təqlid düçar etdi bəşəri dərdə,

Min bir lə`nət olsun belə təqlidə.


Qur`ani-Kərimdə də bu növ təqlidi məzəmmət edən ayələr nazil olmuşdur. Məsələn, bütpərəstlər Həzrət Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) e`tirazları müqabilində deyirdilər: «Onlara deyildikdə ki: “Allahın nazil etdiyinə (kitabına və dini qayda-qanunlarına) tabe olun”, deyərlər: “(Xeyr,) biz atalarımızdan gördüyümüzə (bütlərə ibadətə və cahiliyyət adətlərinə) tabe oluruq!” Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf də`vət edirsə necə?! (Yenədəmi onlara tabe olarlar?!)»1

Yaxud: «Onlar pis bir iş gördükləri zaman “atalarımızı belə gördük” və “bizə bunu Allah əmr etmişdir” deyərlər. De: “Allah əsla ris işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!”»2

Qur`an belə bir məntiqi şiddətlə məzəmmət etmişdir.

2. Alimin cahilə təqlidi: Şübhəsiz ki, belə bir təqlid əvvəlki təqliddən də pisdir. Çünki alim öz elm və biliyi əsasında hərəkət etməlidir. Elm və biliyə sahib bir insanın öz elmindən faydalanmayıb, kor-koranə nadan bir şəxsə təqlid etməsi ən çirkin təqliddir.

3. Alimin alimə təqlidi: Alim olan şəxs mütəxəssis və nəzər sahibi olduğu sahədə öz həmkarına təqlid etməməlidir. Və öz elmi biliklərinə əsaslanaraq vəzifəsini müəyyənləşdirməlidir. Fəqihlər buyururlar ki, ictihad mərhələsinə çatmış şəxs öz ictihadına əməl etməlidir. Bu cəhətdən də ictihad icazəsində adətən yazılır: “Bu şəxsin təqlid etməsi haramdır.” Ictihada çatmış şəxs öz nəzərinə əsasən əməl etməlidir. Əlbəttə ki, elmi məsələlərdə başqa alimlərlə məsləhətləşməyin eybi yoxdur. Nəzərdə tutulan budur ki, alim qərar çıxararkən araşdırma aparmamış başqalarının nəzərinə təslim olmamalıdır.

4. Cahilin alimə təqlidi: Belə bir təqlid ağıl və fitrətin tələbidir. Həmin bu məntiqə əsasən, biz bina tikmək üçün me`mara, bənnaya müraciət edirik. Libas tikdirərkən dərziyə, xəstələnərkən həkimə müraciət edilməsi təbii bir işdir. Biz sözlə, ağıl və fitrət bizi mütəxəssis ardınca göndərir.

Elə bu məntiqlə də dini tə`limlərdə, İlahi qanunlarda hökmləri ayırd etməkdə mütəxəssis olan fəqihlərə müraciət olunması tapşırılır. Fəqihlər öz iste`dadları ilə illər uzunu elm və bilik sorağınca gəzmiş və uca ictihad məqamına çatmışlar. Müctəhid ilkin qanunu İlahi mənbədən çıxarıb, sübuta yetirən və xalqa təqdim edən alimdir. Bu uca mənsəb fəqihlərə İmamlar (ələyhimussəlam) tərəfindən əta olunmuşdur. Məqsəd insanların səadət yoluna istiqamətləndirilməsidir.

Belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, dünyəvi elmlərin müxtəlif sahələri var. Bir şəxs müəyyən elm sahəsində fövqəladə iste`dada malik olduğu halda, digər bir sahədən tamamilə xəbərsiz qala bilər. Ona görə də o bilmədiyi sahədə mütəxəssisə müraciət etməli, onun dediklərinə tabe olmalıdır.

Məsələn, astronomiya sahəsində böyük kəşfləri olan alim xəstələndiyi vaxt onun həkimə müraciət etməsi zəruridir. Bu şəxs astronomiyanı gözəl bilsə də, xəstəliklər və xəstəliklərin müalicəsi ilə tanış deyil. Həkim öz elminə əsaslanaraq astronomun xəstəliyini müəyyənləşdirir və onun üçün nüsxə yazır. Astronom həkimi heç bir sorğu-suala tutmadan onun dediklərinə əməl edir.

Deməli, aydın olur ki, dini məsələlərdə xalqın müctəhidə müraciət etməsi zəruridir. Həkim tibbdə mütəxəssisdirsə, müctəhid də ilahiyyatda mütəxəssisdir. Müctəhid bir ömür sərf edərək, sərf, nəhv, lüğət, kəlam, məntiq, təfsir, rical, dirayə, hədis, fiqh üsulu elmlərini oxumuşdur.

Bizim tez-tez müraciət etdiyimiz risalə fəqihin bir ömür zəhmətinin məhsuludur. Həmin risalələr alimlərin üzücü zəhmətləri hesabına başa gəlmişdir. Ictihad asan iş deyil. Ictihad dedikdə fərdi və ictimai həyatımızı əhatə edən İlahi qanunlar külliyatının öyrənilməsi nəzərdə tutulur.

Bunu da qeyd etməliyik ki, müctəhidin göstərişlərinə e`tiqadi yox, təkcə “əməli məsələlər”də təqlid olunmalıdır. Yə`ni, təqlid “furuuddin”ə aiddir, “usuluddin”ə yox! Allahı tanımaq, dirilməyə inam kimi üsul məsələləri İslam məktəbinin əsasını təşkil edir. Bu məsələləri möhkəm dəlillər əsasında qə`bul etmək zəruridir. E`tiqad məsələləri ilə elm və agahlıq yolu ilə tanış olan insan “əməli hökmlər”də bu sahədə mütəxəssis olan müctəhidlərə müraciət etməlidir. Allah-təala hətta hamıya cihadı vacib etmir və bir qisminin din elmini öyrənməsinin zəruriliyini vurğulayır. Belə ki, “Ət-Tövbə” surəsində oxuyuruq: «Mö`minlərə hamılıqla döyüş cəbhəsinə köç etmələri yaraşmaz. Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər?!»1

Namazın, həccin, əmr be mə`rufun və nəhy əz munkərin və bir sıra digər “əməli hökmlər”in vacibliyini insan özü dərk etməlidir. Yə`ni müctəhiddən öyrənilən namazın vacibliyi yox, namazın necəliyidir. Insan əvvəlcə öz ağıl və düşüncəsi ilə namazın vacibliyini dərk etməli, sonra isə namazı necə yerinə yetirmək barədə müctəhiddən mə`lumat almalıdır. Bir sözlə, təqlid yalnız “əməli hökmlər”ə aiddir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin