MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə80/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   76   77   78   79   80   81   82   83   ...   89
Pozğun mühit
Qeyd etmək lazımdır ki, bə`ziləri özünün günah etməyini yaşadığı mühitlə əlaqələndirir və hətta özünə bəraət qazandırır. Əlbətdə ki, bu bəhanədir. Çünki insan öz əməllərində azaddır və ixtiyar sahibidir. Allahına ibadət edən şəxsə nə mühit, nə dostlar və nə də başqa səbəblər tə`sir etməz.

Əgər doğrudan da insanın dini xətərdə olsa və pozğun mühit ona tə`sir etsə, onda o, günahdan qaçmaq üçün həmin mühitdən uzaqlaşmalı və münasib bir yerə köç etməlidir. Nəinki, bəhanə gətirib özünə bəraət qazandırmalıdır. Deməli, hər hansı bir insan pozğun mühitdə bilərəkdən qalıb günah işlər törətməkdə davam etsə, öz günahını mühitin üstünə atması insafsızlıq olar.

“Nisa” surəsinin 97-ci ayəsi bu şəxslər barəsində belə buyurur: «Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: “(Din baxımından) nə (vəziyyət)də idiniz?” Deyəcəklər: “Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik.” Mələklər deyəcəklər: “Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!” Odur ki, onların yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.»

Qur`an ayələrində olduğu kimi, hədislərdə də dini qorumaqdan ötrü köç etməyin əhəmiyyəti haqqında çoxlu ibrətamiz ifadələr işlənmişdir.

İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “Öz dinini qorumaqdan ötrü bir yerdən başqa bir yerə, bir qarış da olsa belə, köç edən şəxs Behiştə layiqdir. Və belə bir şəxs (Cənnətdə) Məhəmməd və Ibrahimlə bir yerdə olacaqdır.”1 )N$O@O#$R%F^N&O(T*E! 6)N$O@O#$R%E^F&N(O*T! 63

Bu iki Peyğəmbərin (ələyhiməssəlam) tarixin ən böyük köç edənləri olduqları üçün hicrət edən şəxs də bu Peyğəmbərlər cərgəsinə daxil olur.



)N$O@O#$R%_^P&A(G*E! 72)N$O@O#$R%_^P&A(G*E! Başqa bir hədisdə oxuyuruq: İmam Sadiqin (ələyhissəlam) hüzurunda fəsad və günahla dolu bir şəhərin adı çəkildi. İmam orada olan Müfəzzəl adlı bir şagirdinə buyurdu: “Dinini qoruyub saxlamaq istəyirsənsə, orada yaşama! Çünki ora pozğunluq və çaxnaşma yeridir.”2 )N$O@O#$R%E^F&N(O*T! 64

Aydın olur ki, qarışıq və pis mühitin insanın günaha düşüb pozulmasında müəyyən rolu vardır. Lakin bu o demək deyil ki, insan bununla razılaşmalıdır. Xeyr, belə olan surətdə o, öz dininə ehtiram əlaməti olaraq belə mühitlərdən uzaqlaşmalıdır.





Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin