Tövbəni tə`xirə salmaq
Bə`ziləri “hələ cavanam, qocalanda tövbə edərəm”-deyə özlərini aldadır və gələcəkdən xəbər verirlər. Görəsən, onların neçə il, hətta neçə saniyə belə ömür sürəcəklərindən xəbəri varmı? Belələri bilməlidir ki, son nəfəsdə edilən tövbə qə`bul deyil.
Qur`an buyurur: «Və Israil övladlarını dənizdən (Nil çayından) keçirtdik. Fir`on və ordusu onları zülm və düşmənçilik üzündən tə`qib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: “Israil övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam.” (Ona deyildi): “Indimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin.” Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.»1
Dostları ilə paylaş: |