XİLAFƏTİN MÜAVİYƏNİN ƏLİNƏ KEÇMƏSİ VƏ ONUN PADŞAHLIQ VƏ VARİSLİK ÜSLUBUNA ÇEVRİLMƏSİ
Əmirəl-mö`minin Əli (ə)-ın şəhadətindən sonra o həzrətin vəsiyyəti və camaatın bey`əti əsasında həzrət Həsən ibni Əli xilafəti öhdəsinə götürdü. Lakin Müaviyə sakit oturmayıb xilafət mərkəzi olan İraqa tərəf qoşun yeritdi və Həsən ibni Əli (ə) ilə müharibəyə başladı.
O, məkirli və hiyləgər tədbirlər görməklə, eləcə də külli miqdarda rüşvət verməklə tədricən Həsən ibni Əlinin köməkçilərini və sərkərdələrini yoldan çıxartdı; nəhayət sülh ünvanı ilə Həsən ibni Əlini, xilafəti ona verməyə məcbur etdi. O həzrət də xilafəti ona bu şərtlə təhvil verdi ki, Müaviyənin ölümündən sonra hakimiyyət bir daha onun özünə qaytarılsın və şiələrə toxunulmasın.1
Hicrətin 40-cı ilində Müaviyə islam xilafətini öz istilası altına keçirdi və dərhal İraqa gəlib camaata xəbərdarlıq edib dedi: “Mən sizinlə namaz və orucla əlaqədar müharibə etmirdim; mən istəyirdim ki, sizə hakim olum və indi də öz məqsədimə çatmışam.”2
Daha sonra dedi: “Həsənlə bağladığım əhdi-peymanı ləğv edərək onu tapdaladım!!”3
Müaviyə bu sözlə bildirmək istəyirdi ki, siyasəti dindən ayıracaq, dini qayda-qanunlarla əlaqədar heç bir zəmanət verməyəcək və varqüvvəsini öz hakimiyyətinin qorunmasına sərf edəcək. Əlbəttə, mə`lum olduğu kimi, belə bir hökumət xilafət və Peyğəmbər canişinliyi deyil, padşahlıq üslubu ilə idarə olunan qanunsuz hökumət idi. Məhz buna görə də onun hüzuruna gedən bə`zi şəxslər ona padşahlara məxsus olan tərzdə tə`zim edib salam verirdilər.1 Onun özü də xüsusi məclislərdə öz hökumətini padşahlıq adlandırır,2 camaat arasında isə özünü xəlifə kimi tanıtdırırdı.
Qeyd etmək lazımdır ki, onun padşahlığı zorakılıq əsasında qurulmuşdu və varislik yolu ilə onun övladına ötürülməli idi. Nəhayət o, öz niyyətini əməli olaraq həyata keçirdi və azacıq da olsa dini şəxsiyyəti olmayan tərbiyəsiz oğlu Yezidi özünə vəliəhd və canişin tə`yin etdi.3 O da öz növbəsində tarixdə qeyd olunan çox böyük faciələr və rüsvayçı cinayətlər törətdi.
Müaviyə yuxarıda qeyd olunan sözləri söyləməklə bildirmək istəyirdi ki, Həsən (ə)-ın ondan sonra xilafətə çatacağına yol verməyəcəkdir. Yə`ni, onun özündən sonra xilafət barədə başqa bir fikri vardır. Buna görə də Həsən ibni Əlini zəhərləyib şəhid etdi4 və oğlu Yezidin xilafətə çatması üçün lazım olan şəraiti yaratdı.
Müaviyə imam Həsənlə bağladığı əhd-peymanı pozmaqla bildirmək istəyirdi ki, Əhli-beyt şiələrinin əmin-amanlıqda və asayişdə yaşayacağına, əvvəldə olduğu kimi dini fəaliyyətlərini davam etdirəcəyinə heç vaxt yol verməyəcəkdir. O bu işini də əməli olaraq həyata keçirmişdi.
O, e`lan etmişdi ki, hər kəs Əhli-beytin fəziləti barədə bir hədis nəql etsə onun canı, malı və namusunun toxunulmazlığı heç bir vəchlə tə`min olunmayacaq. Göstəriş vermişdi ki, hər kim sair səhabələrin və xəlifələrin fəziləti barədə hədis gətirsə mükafatlanacaq. Bu tədbirin həyata keçirilməsi nəticəsində səhabələrin fəziləti barədə saysız-hesabsız hədislər quraş-dırıldı.1
Müaviyənin göstərişi ilə bütün islam ölkələrində mənbərlərdə Əli (ə)-ın adına nalayiq sözlər deyilirdi. (Bu yaramaz əməl əməvi xəlifəsi Ömər ibni Əbdül Əzizin xilafəti dövrünə qədər (99-101-ci illərə qədər) icra olunurdu.) O, öz mə`murlarının köməyi ilə (onların bə`ziləri də Peyğəmbər (s) səhabələrindən idilər) Əli (ə)-ın şiələrini öldürür, bə`zilərinin başını kəsib nizəyə vuraraq şəhərbə-şəhər gəzdirirdi; şiələrin özlərini də Əli (ə)-a qarşı çıxmağa vadar edir, nalayiq sözlər demək məcburiyyətində qoyur, imtina edənlərin boynunu vurdururdu.2
Dostları ilə paylaş: |