BƏNİ-ÜMƏYYƏ SƏLTƏNƏTİNİN MÖHKƏMLƏNMƏSİ
Hicri-qəməri tarixi ilə 60-cı ildə Müaviyə öldü və oğlu Yezid atasının camaatdan onun üçün aldığı bey`ət əsasında islam hökumətinin idarəçiliyini öz öhdəsinə aldı.
Tarixi mə`lumatlara əsasən, Yezidin heç bir dini şəxsiyyəti yox idi. O, hətta atasının sağlığında belə, islam qanunlarına əsla əhəmiyyət vermir, əyyaşlıqdan, şəhvətpərəstlikdən başqa bir şeylə məşğul olmurdu. Yezid hakimiyyətinin üçüncü ilində islam tarixində misli görünməmiş faciələr törətdi.
Birinci il Peyğəmbərin (s) nəvəsi əziz olan Hüseyn ibni Əli (ə)-ı övladları, qohumları, köməkçiləri və dostları ilə birlikdə faciəli şəkildə öldürdü, qadınlarını, uşaqlarını və Peyğəmbər Əhli-beytini şəhidlərin kəsilmiş başı ilə birlikdə şəhərbə-şəhər gəzdirdi.1 İkinci ildə isə Mədinə əhalisini kütləvi şəkildə qırdı və üç gün ərzində camaatın qanını, malını və namusunu öz ordusunda olanlara halal etdi.1 Üçüncü ildə isə müqəddəs Kə`bəni dağıtdı və oranı yandırdı!!2
Yeziddən sonra Mərvan və Üməyyə övladları islam hökumətini idarə olunmasını əllərinə aldı. Yetmiş ilə qədər davam edən on bir nəfərin hökmranlığı islam və müsəlmanlar üçün çox ağır və acınacaqlı vəziyyətlər qarşıya çıxardı. Bu dövrdə islam cəmiyyətinə xilafət adı altında ərəb imperatorluğunun istibdad və zülmündən başqa heç bir şey hökmranlıq etmirdi. Onların hakimiyyəti dövründə iş o yerə çatmışdı ki, dövrün xəlifəsi Vəlid ibni Yəzid Peyğəmbəri-Əkrəmin (s) canişini, dinin yeganə himayəçisi sayılırdı; halbuki o, heç kəsdən çəkinmədən qərara almışdı ki, Kə`bə evinin üstündə bir otaq tiksin və həcc mərasimində orada eyş-işrətlə məşğul olsun!!3
Dövrün xəlifəsi Vəlid ibni Yezid Qur`ani-Kərimi oxlatdırdı; Qur`ana xitabən söylədiyi şe`rdə isə belə deyirdi: “Qiyamət günü öz Allahının hüzurunda hazır olanda de ki, xəlifə məni cırdı!!”
Əlbəttə, əksəriyyət təşkil edən sünnülərlə, islam xilafəti və dini mərcəiyyət kimi iki əsaslı məsələdə köklü ixtilafları olan şiələr tarixin bu qaranlıq və irticaçı dövründə çox ağır vəziyyətdə idilər. Lakin hökumətlərin törətdiyi cinayət və zülmlər, Əhli-beyt (ə)-dan olan rəhbərlərin paklığı, təqvası və məzlumluğu onları günbəgün öz əqidələrində möhkəmlədirirdi; xüsusilə (şiələrin üçüncü imamı) həzrət Hüseyn (ə)-ın faciəli şəhadəti şiəliyin, xüsusilə xilafət mərkəzindən uzaqda olan məntəqələrdə, o cümlədən İraqda, Yəməndə və İranda yayılıb genişlənməsinə səbəb oldu.
Müddəamızın şahidi budur ki, şiələrin beşinci rəhbərinin imaməti dövründə Üməyyə hökumətində yaranan zəiflik nəticəsində şiələr islam ölkələrinin müxtəlif yerlərindən sel kimi Mədinəyə gələrək beşinci imamın ətrafına yığışdılar, ondan hədis və dini elmləri öyrənməyə başladılar.1 Hələ birinci hicri əsri tamam olmamışdı ki, bir neçə nəfər dövlət əmiri İranda Qum şəhərinin bünövrəsini qoydu və şiələri oraya köçürdülər. Amma eyni halda şiələr öz rəhbərlərinin göstərişinə əsasən təqiyyə şəraitində yaşayır və öz əqidələrini gizlədirdilər.
Ələvi seyyidləri dəfələrlə hökumətin zülmkarlıq hərəkatlarına qarşı çıxaraq qiyam etdilər, lakin məğlub olub bu yolda öz canlarından keçdilər. Dövrün amansız hökuməti onları məhv etmək üçün əlindən gələni əsirgəmədi. Zeydiyyə şiələrinin rəhbəri olan Zeydin cəsədini qəbirdən çıxarıb dar ağacından asdılar, üç il darda asılı vəziyyətdə saxladıqdan sonra yerə endirib yandırdılar və külünü göyə sovurdular.2 Əksər şiələrin inancına görə dördüncü və beşinci imam da Bəni-üməyyənin əli ilə zəhərləndirilərək şəhid edilmişdir.3 İkinci və üçüncü imamın da dünyadan getməsinə onlar səbəb olmuşlar.
Əməvi hakimləri faciə törətməkdə o qədər həddi aşmışdılar ki, sünnülərin əksəriyyəti xəlifələrə itaət etməyin ümumi halda vacib olmasını dediklərinə baxmayaraq, xəlifələri iki dəstəyə bölməyə məcbur olmuşlar: Birincisi raşidi xəlifələri, yə`ni Peyğəmbərin (s) vəfatından sonra ardıcıl olaraq gələn dörd xəlifə (Əbu Bəkr, Ömər, Osman, Əli), ikincisi isə qeyri-raşidi xəlifələrdir ki, bu silsilə Müaviyədən başlanır.
Əməvilərin törətdikləri zülm və cinayətlər nəticəsində camaatın onlara qarşı nifrəti özünün son həddinə çatmışdı; axırıncı əməvi xəlifəsinin öldürülməsindən və əməvilərin məğlu-biyyəti qətiləşdikdən sonra xəlifənin iki oğlu öz ailə-uşaqları ilə birlikdə darul-xilafədən qaçdılar. Hər yerə pənah apardılarsa da heç kəs onlara sığınacaq vermədi; nəhayət onlar uzun müddət Nobə, Həbəşə və Becavə çöllərində sərgərdan qaldılar; əksəriyyəti aclıq və susuzluqdan tələf olduqdan sonra Yəmənin cənubuna gəlib çıxdılar. Onlar bir müddət buralarda dilənçilik edib pul topladıqdan sonra hambal sifətində Məkkəyə yola düşüb camaat arasında gizləndilər.1
Dostları ilə paylaş: |